Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Rektifikasiya

Rektifikasiya-Bir və ya bir neçə komponentdən ibarət olan maye yekcins məhlulların ayrılması uçün rektifikasiyadan istifadə olunur. Bundan etil spirtinin istehsalında geniş istifadə olunur. Qaba ayrılma köçürmə, tam ayrilma isə rektifikasiya yolu ilə aparılır. Bu proseslər komponentlərin eyni temperaturda müxtəlif uçuculuq qabiliyyətinə malik olmalarına əsaslanır. Məhsulun yüksək uçuculuq qabiliyyətinə malik komponent- asan uçan, uçuculuq qabiliyyəti aşağı olan komponent –çətin uçan adlanır. Asan uçan komponentin qaynama temperaturu aşağı olur bu səbəbdən komponentlər aşağı qaynama temperaturlu adlanır və əksinə çətin uçan komponentlərin qaynama temperaturu yüksək olur və onlar çətin uçan adlanır. Rektifikasiya prosesi nəticəsində iki məhlul asan uçan komponentlə zəngin distilyata və çətin uçan komponentlə zəngin kub qalığına ayrılır. Distilyat kondensator – defreqmatorda buxarların kondensasiyası nəticəsində alınır. Kub qalığı qurğunun kubunda alını. Rektifikasiya zamanı məhlul çox saylı buxarlanma nəticəsində onu təşkil edən komponentlərə ayrılır.

Rektifikasiya prosesi qulləli aparatlarda yerinə yetirilir. Qüllə kontakt qurğuları ilə - müxtəlif konstruksiyalı boşqablarla təchiz olunur. Qızdırıcıda qızdırılmış ilkin məhlul qaynadıcıdan daxil olan istiliyin hesabına rektifikasiya qulləsinin qidalandırıcı boşqabına verilir və rektifikasiya nəticəsində distilyat və kub qalığına ayrılır. Qüllədən xaric olan buxarlar tam və ya qismən defleqmatorda kondensasiya edir. Buxarın tam kondensasiyası halında alınan distilyat ayrıcı cəndə iki hissəyə ayrılır. Birinci hissə - fleqma hidrosiyirtmədən keçərək qüllənin üst boşqabına daxil olur, ikinci hissə - distilyat soyuducuda soyudularaq yığıcıya yönəlir. Buxarların tam kondensasiyası baş verməyəndə onlar kondensator – soyuducuya daxil olur, burada kondensasiya edir və soyudulur. Kub qalığı dəyərindən asıllı olaraq çənə yığılır və ya su ilə axıdılır. Təcrübədə adətən ilkin məhlul üç və ya daha çox hissəyə ayırılır. Belə ki, spirt istehsalında etil spirti, efiraldeqid fraksiyası və sivuş yağları ayrılır. İlkin məhlulu üç hissəyə ayırmaq üçün çox qülləli qurğulardan istifadə olunur. Birinci qüllə məhlulu A+BC və ya AB+C komponentlərinə ayırır.

Məhlulun ayrılması iki qülləli rektifikasiya qurğusunda aparılır. Spirt istehsalı üçün rektifikasiya qurğusunun əsas qüllələri braqa qülləsi, epyurasiya və rektifikasiya qüllələridir. Braqa qülləsinin üst hissəsində braqanın epyurasiyası üçün və kopüyün yığılması üçün boşqablar yerləşir ki, bunlar asıllı hissəciklərin buxarla birgə kondensatora aparılmasının qarşısını alır. Epyurasiya qülləsində braqa qülləsində alınan distilyatın efir, aldeqid, metanoldan təmizlənməsi, onun konsentrasiyasının artırılması və qüllənin kondensatorundan əsas etil spirti fraksiyasının çıxarılması baş verir. Rektifikasiya qülləsində aralıq qarışıqların konsentrasiyası və qüllədən cıxarılması, spirtin möhkəmləndirilməsi və onun pasterizasiyası baş verir. Rektifikasiya olunmuş spirtin ayrılması üstdən 10–15 –ci boşqabdan başlayaraq yerinə yetirilir. Rektifikasiya qülləsi spirtin möhkəmləndirilməsi üçün istifadə olunur. Sivuş qülləsində sivuş yağları konsentrasiya olaraq qüllənin akkumulyatorundan çıxarılır. Son təmizləmə qülləsi 30 boşqabdan ibarət olu, burada spirt aşağıdan 4-cü boşqaba verilir və hazır məhsul üstdən 14-16-cı boşqablardan başlayaraq çıxarılır. Bu qüllənin istifadəsi qurğunun məhsuldarlığını 10% artırmağa imkan verir.


Previous Page Next Page