Relyativizm (lat. relativus-nisbi) — insan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan. Relyativizm fiziki idealizmin qnoseoloji mənbələrindən biri olmuşdur. Bu məlumat nisbiliyi anlayışıdır.[1] İnsandan insana dəyişməyən obyektiv həqiqətin, hər kəsə aid olan mütləq həqiqətlərin olmadığını, həqiqətin və ya doğruların fərdlərə, çağlara və cəmiyyətlərə nisbi olduğunu müdafiə edən anlayışdır. Subyekt-obyekt münasibətində əlaqənin müəyyənedicisinin insan olduğunu iddia edən nisbilik nəzəriyyəsinə görə, biz “reallıq” haqqında “mütləq həqiqətlərə” malik ola bilmərik. Çünki insanın özündə reallıq yox, zehnində yaratdığı təsirlər var. Bu təsirlərdən məlumat kimi istifadə edərək, ağıl bilik yaradır və buna görə də bütün həqiqət iddiaları subyektivdir.[2] Bir şeyin mənalı olması üçün korrelyasiya çərçivəsində nəzərdən keçirilməsinin zəruriliyini göstərir. Mədəni relativizmin bu çərçivədə insan hüquqlarının universallığını şübhə altına aldığı 1947-ci il tarixli "İnsan Hüquqları Bəyannaməsi"ndən başlayaraq, insan hüquqlarının hər bir mədəniyyətin öz əlaqəsi daxilində mənalı ola biləcəyini iddia edir.[3]