Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Robot

Droz Androidləri

Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır.[1]

Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar.

  1. Rzayeva, Gülnaz. SÜNİ İNTELLEKT, İNSAN HÜQUQLARI VƏ FƏRDİ MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ (az.). Bakı: NURLAR. 2021. 85. ISBN 978 - 9952 - 528 - 74 - 9.

Previous Page Next Page






Robot AF Roboter ALS ሮቦት AM Robot AN Searuþræl ANG Rọbọt ANN روبوت Arabic ৰবট AS Robó AST روبات AZB

Responsive image

Responsive image