Rokki | |
---|---|
ing. Rocky | |
Janr | Döyüş filmi |
Rejissor | Con Evildsen |
Prodüserlər |
Robert Çartoff İrvin Uinkler Con Kirkvud |
Ssenari müəllifi | Silvestr Stallone |
Baş rollarda |
Silvestr Stallone Taliya Şayr Bört Yanq Karl Uezers Börcess Meredit Tayer Devid Toni Börton |
Operator | Ceyms Kreyb |
Bəstəkar | Bill Konti |
Rəssamlar |
Uilyam Kessidi Ceyms Spenser Rey Molino |
İstehsalçı | Chartoff-Winkler Productions |
Distribütor | MOKEP[d], Netflix |
İlk baxış tarixi | 21 noyabr 1976 |
Filmin növü | Dram filmi |
Müddət | 119 dəqiqə |
Büdcə | $1.1 milyon |
Gəlir | $225 milyon[1] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1976 |
Sonrakı film | Rokki 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | Santa-Monika, Filadelfiya |
IMDb | ID0075148 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür.[2] Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir. Bəzən tamaşaçılar Rokki personajının prototipini rinqdə bircə dəfə də məğlub olmamış italyan əsilli ABŞ boksçusu Rokki Marçiano ilə eyni tuturlar. "Rokki" filmi 2006-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[3][4]