Ronqoronqo — XIX əsrdə Pasxa adasında kəşf edilən, yazı və ya primitiv yazı sayılan daş üzərindəki yazılmış işarələrdən ibarət sistemdir. Rapanui dilinə aid olması fərz edilir. Qətiyyətlə edilən bir çox cəhdə baxmayaraq, yazının oxunması ilə bağlı heç bir uğur əldə edilməyib. Baxmayaraq ki, təqvimə aid olanlar və genealoji informasiya olduğu sübut edilənlər müəyyən edilib, ancaq hətta onlar da oxunmayıb. Əgər ronqoronqo yazıdırsa və müstəqil ixtiradırsa, bu bəşər tarixindəki yazının ən müstəqil ixtiralarından biridir.[1]