Rostov-na-Donu | |
---|---|
Ростов-на-Дону | |
47°13′21″ şm. e. 39°42′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1749 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 70 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 863 |
Poçt indeksi | 344000–344999 |
Digər | |
rostov-gorod.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Rostov-na-Donu (rus. Ростов-на-Дону) — Rusiyanın cənub-qərbindəki ən böyük şəhər, Cənub Federal Dairəsinin və Rostov vilayətinin inzibati mərkəzi. Hərbi Şöhrət şəhəri (2008)[2].
15 dekabr 1749-cu ildə imperatriça Yelizaveta Petrovnanın nizamnaməsi ilə qurulur[3]. Şərqi Avropa düzənliyinin cənub-şərqində, Don çayının hər iki sahilində, onun Azov dənizi ilə birləşməsindən 46 km və Qara dənizdən 380 km, Moskvadan 1092 km məsafədə yerləşir.
Əhalisi 1.137.704 nəfərdir (2021). Rusiyanın ən çox əhalisi olan onuncu şəhəridir. 2.16 milyondan çox insan Rostov aqlomerasiyası (ölkənin beşinci ən böyük aqlomerasiyası) daxilində yaşayır.
Şəhər böyük bir inzibati, iqtisadi, mədəni, elmi, təhsil, sənaye və Rusiyanın cənubundakı ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Qeyri-rəsmi olaraq Rostov "Qafqazın Qapısı"[4] və "Rusiyanın cənub paytaxtı"[5][6], həmçinin Donun paytaxtı adlanır. 21 fevral 2019-cu ildə Rostov-na-Donu qanunverici səviyyədə vilayətin paytaxtı olaraq tanınır[7][8].
2018-ci ildə Rostov-na-Donu Futbol üzrə Dünya Çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərdən biri olur[9].