Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Ruan

Ruan
Rouen
Gerb
Gerb
49°26′35″ şm. e. 1°06′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 10 m, 2 m[3], 152 m[3]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 114.083 nəf. (1 yanvar 2021)[4]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 76000[5], 76100[5]
Nəqliyyat kodu 76
Digər
rouen.fr
Xəritəni göstər/gizlə
Ruan xəritədə
Ruan
Ruan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

RuanFransanın şimalında şəhər və liman. Şəhər Sena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var.

Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isə franklar şəhəri işğal etmişlər. 911-ci ildə Normandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır. 1204-cü ildə Fransaya birləşdirilmişdir. Yüzillik müharibənin gedişində 1419-1449 illərdə ingilislərin hakimiyyəti altına keçmişdir. Janna d'Ark 1431-ci ildə burada mühakimə olunmuş və tonqalda yandırılmışdır. Böyük Fransa inqilabı dövründə Ruanda əksinqilabi qüvvələr cəmləşmişdir. İkinci dünya müharibəsi dövründə böyük dağıntılara məruz qalmış, 1944-cü il avqustun sonunda alman işğalından azad edilmişdir.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
  3. 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
  4. Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
  5. 1 2 Base officielle des codes postaux. La Poste, 2018.

Previous Page Next Page






Rouen AF Rouen ALS ሩዋን AM Roan AN Roðem ANG روان Arabic روان (بلديه فى فرنسا) ARZ Rouen AST Rouen AVK Rouen AY

Responsive image

Responsive image