SOPA

Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.

Qanun layihəsinə görə İnternet şəbəkəsində fəaliyyət göstərən istənilən istifadəçi — provayderlərdən başlayaraq axtarış və hətta reklam sistemlərinə kimi — hüquq sahibinin istənilən müraciətinə görə piratlıqda günahlandırılan resursa xidməti kəsməlidir və onunla bütün münasibətlərə son qoymalıdır (məsələn, kontentin ödəmə kanalının bağlanması, reklam kontraktının saxlanması, hesablama sisteminin fəaliyyətinə məhdudiyyətin qoyulması, saytın adının axtarış sistemi siyahısından çıxarılması, sayta keçidlərin silinməsi, saytın müraciətlər üçün tamami ilə bloklanması, ödəmə sistemlərinə ödəmənin aparılmasına qadağanın qoyulması və s.)


SOPA

Dodaje.pl - Ogłoszenia lokalne