Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Samuray

Silahlı samuray, 1860-cı il.

Samuray (yapon. 侍, yapon dilində "buşi" (武士) sözü də işlənir) — feodal Yaponiyasında — onna-buqeyşa istisna olmaqla, iri suveren şahzadələrdən (daimyo) kiçik zadəganlara qədər dünyəvi kişi feodalları; dar və ən çox işlədilən mənada — xırda zadəganların hərbi-feodal sinfi. "Samuray" və "buşi" sözləri mənaca çox yaxın olsa da, "bu" (döyüşçü) hələ də daha geniş anlayışdır və həmişə samuraylara aid edilmir. Çox vaxt samuraylar və Avropa orta əsr cəngavərliyi arasında bir bənzətmə aparılır, lakin belə bir müqayisə əsasən düzgün deyil.

"Samuray" sözünün özü "xidmət et" felinin köhnə qeyri-müəyyən formasından gəlir (yap. 侍 ふ saburau)[1]; yəni samuray xidmət adamıdır. Samuraylar təkcə döyüşçü cəngavərlər deyil. Onlar həm daimyolarının və ya ağalarının cangüdənləri, həm də gündəlik həyatda onun xidmətçiləri idilər.

Samurayların əsas silahı iki yapon qılıncı — daisho idi. XIV–XIX əsrlərdə bunlar katana və vakizaşi idi. Bundan əlavə, samuraylar uzun yaya malik idilər Samuray zirehləri bir-birinə sıx bağlanmış bir çox lövhədən hazırlanmışdı.


Previous Page Next Page






Samoerai AF ساموراي Arabic ছামুৰাই AS Samurái AST Самурай BA Samurai BAR Samurai BCL Самурай BE Самурай BE-X-OLD Самурай Bulgarian

Responsive image

Responsive image