Saratov | |||||
---|---|---|---|---|---|
Саратов | |||||
|
|||||
51°32′ şm. e. 46°00′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1590 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 50 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 8452 | ||||
Poçt indeksi | 410000–410999 | ||||
Digər | |||||
saratovmer.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Saratov (rus. Сара́тов) — Rusiya Federasiyasının Avropa hissəsinin cənub-şərqində regional əhəmiyyətli şəhərdir. Saratov vilayətinin şəhər statuslu inzibati mərkəzidir.Saratov şəhəri Volqa bölgəsinin mədəniyyət, iqtisadi və təhsil mərkəzidir.Rusiya Federasiyasıda iyirmi ən böyük milyonçu şəhərlərindən biridir, eyni zamanda əhalisi 1,2 milyon nəfəri keçən Saratov aqlomerasiyasının mərkəzidir.
Volqoqrad su anbarının sağ sahilində Saratovka çayı və Engels şəhəri ilə üzbəüz yerləşir.Saratovdan Volqoqrada qədər olan məsafə 389 km, Moskvaya qədər 858 km [3] və cənub-şərqdə yerləşən Samaraya qədər olan məsafə isə 442 km-dir[4].
1590-cı ildə, orta əsrlərdə mövcud olan Qızıl Ordu dövlətindən qorunmaq üçün Fyodor İvanoviçin hakimiyyəti dövründə Rusiya dövlətinin cənub sərhədlərini qorumaq üçün bir keşikçi qalası olaraq quruldu.18-ci əsrin ikinci yarısında balıq və duz ticarətinin, 19-cu əsrdən isə taxıl ticarəti mərkəzlərindən biri oldu. 1780-ci ildən bəri isə vilayət şəhəri olaraq qaldı. 20-ci əsrin əvvəllərində Volqa bölgəsində əhali baxımından ən böyük şəhər idi[5].1909-cu ildən universitet fəaliyyət göstərir.
Saratov- çoxsaylı sənaye, mədəni və təhsil müəssisələri olan çoxfunksiyalı bir mərkəzdir. Tarixi mərkəzdə şəhər və regional idarələr (19-cu illərin sonu - 20-ci əsrin ortalarında tikilmiş binalar kompleksi); teatrlar: opera və balet teatrı (1875), dram teatrı(1803), gənc tamaşaçılar teatrı (1918),konservatoriya (1912), sirk (1876), filarmoniya (1937); muzeylər: Saratovdakı A.N.Radişev İncəsənət Muzeyi (1885), K.A.Fedinin Muzeyi (18-ci əsrin əvvəllərinə aid bina), Nikolay Çernışevskinin Muzey-Mülkiyyəti (19-cu əsrin əvvəlləri); Trinity Katedralı (17-ci əsrin sonları);və s. 18-ci illərin sonu - 20-ci əsrin əvvəllərin aid federal və regional əhəmiyyətli çoxlu sayda memarlıq abidələri mövcuddur[6].
Ali təhsil,elmi-tədqiqat və layihə fəaliyyətinin mərkəzinə çevrilmişdir[7]. Maşınqayırma, neft və kimya sənayesi inkişaf edib.
Rusiya Federasiyası prezidentinin 2 İyul 2020-ci il tarixli fərmanı ilə "əmək şücaəti" şəhər adına layiq görülüb[8].