Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır.
Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur. Tay satesinin əsas xüsusiyyətlərindən biri donuz əti seçimidir və Tayland üslubu yer fıstıq sousudur. İndoneziya sateni şirin soya sousu-kecap manis və lontong-düyü piroqu ilə servis olunur. Şri-Lankada isə yerli Malay qrupunun təsirləri nəticəsində bu qida yerli pəhrizin bir parçası halına gəlmişdir.
Sate İndoneziyada delikates sayılır. İndoneziyanın zəngin mətbəxində satenin müxtəlif növləri vardır və küçə yeməyi olaraq məşhurdur. Bu qidanı Çerçilərdən, küçədə çadır-restoranlarda və ya bahalı restoranlarda, xüsusi ənənəvi bayramlarda əldə etmək olar. Bu qidaya yaxın yeməklər Yaponiyada yakitori, Çində kǎoròu chuàn, Turkiyədə şiş kabab, Cənubi Afrikada Sosatie, Qafqazda tikə kababı misal göstərmək olar. 2011-ci ildə CNN Go tərəfindən tərtib edilən sorğuda 50 ən dadlı yeməkdən 11-ci yeri tutmuşdur.