Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Sekstant

Sekstant

Sekstant — iki görünən obyekt arasındakı bucağı ölçmək üçün tətbiq olunan optik alətidir. Çox vaxt sekstantlar üfüq üzərindən astronomik obyektlərin hündürlüyünü ölçməklə onların koordinatlarının təyini üçün tətbiq olunurlar. Məsələn, günorta vaxtı günəşin qalxma bucağını təyin etməklə coğrafi eni təyin etmək mümkündür. Sekstantın köməyi ilə 140° -yə qədər öçlmə aparmaq olar.

Sekstantın bölgü uzunluğu tam çevrənin 1/6-ni və ya 60°-ni təşkil edir. Onun adı da buradandır. Sekstant ilə oktant arasında oxşarlıq vardır. Oktantın bölgü uzunluğu sadəcəolaraq qısadır və tam çevrənin 1/8-ni və ya 45°-yə malikdir. Oktantlar 1767-ci ilə qədər tətbiq olunmuşlar sonralar isə onlar sekstantlarla əvəz olunurlar. Sekstntın işləmə prinsipi Nyutonun 1699-cu ildə ixtira etdiyi prinsipi əsasında işləyir. Bu prinsipə görə iki obyektin əksinin üst-üstə salınması zamanı birinin iki dəfə əks olunmasıdır. 1730-cu ildə bir-birindən asılı olmayaraq ingilis riyaziyyatçısı Con Hedli və amerikalı ixtiraçı Tomas Qodfri sekstantı ixtira etmişlər. Bundan sonra o astrolabı sıxışdıraraq əsas naviqasiya sisitemi kimi tətbiq olunmuşdur.

Sekstantın astrolabdan üstün cəhəti ondan ibarətdir ki, sekstantla ölçmə zamanı astronomik obyektlərin vəziyyəti alətə yox, üfüqə əsasən aparılr. Bu da onların dəqiqliyini artırır. Sektantla baxdıqda üfüq və astronomik obyekt bir nəzər sahəsində birləşdirilir və hətta nəzarətçi hərəkət etsə belə bu tərpənməz qalır. Bu ona görə baş verir ki, üfüq bir başa, obyektin əksi isə iki qarşı-qarşıya yerlışmiş güzgülərdən keçir.

Sekstantla günəşin üfüq üzərindən keçməsinin ölçülməsi

Sekstantın hələ gəmilərdə tətbiqi zamanı onun dəqiqliyi bir qövs dəqiqliyi həddində idi. Müasir sekstantlar 10 qövs saniyəsi dəqiqliyini verə bilir. Sekstantın dəqiliyi əsasən ölçülən obyektlərin hərəkət sürətindən də asılıdır. Məsələn, təyyarə ölçülən zaman artıq o müəyyən məsafəni qət etmiş olur. Bu da təhriflərə səbəb olur.

Səmada sekstan astronom Qevelir rərəfindən bürc kimi əbədiləşdirilmişdir.


Previous Page Next Page