Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Sekuritate

Dövlət Təhlükəsizlik Xidməti
  • Departamentul Securității Statului
(Securitate)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Rumıniya
Yaradılma tarixi 30 avqust 1948
Əvvəlki qurum Siguranța Statului
Ləğv edilib 1990
Sonrakı Rumıniya Kəşfiyyat Xidməti
Tabelik Rumıniya Xalq Respublikası (1948-1965)
Rumıniya Sosialist Respublikası (1965-1989)
Ştat sayı 11.000 (1985)
Baş qərargah Buxarest
Ünvan Piaţa Revoluţiei, Bukareszt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SekuritateRumıniya Sosialist Respublikasında fəaliyyət göstərmiş gizli dövlət orqanı[1]. Daha əvvəl Rumıninya gizli polisi Siguranţa Statului (Dövlət Təhlükəsizliyi) adlanırdı[2]. Nikolae Çauşeskunun əmri altında olan Gizli Polis (Sekuritate) söz azadlığımedia üzərində ciddi nəzarət sistemi yaratmış və eyni zamanda ölkədəki müxalifətə qarşı tolerant olmamışdır[3]. SSRİ-nin NKVD-sinin köməyi ilə 30 avqust 1948-ci ildə yaradılmış olan Securitate, Prezident Nikolae Çauşeskunun devrilməsindən qısa bir zaman sonra 1989-cu ilin dekabr ayının 30-da[4] ləğv edilmişdir.

Sekuritate Rumıniyanın əhalisinin sayı nisbətinə görə Şərq blokunun ən böyük gizli polis təşkilatlarından biri sayılırdı[2]. Sekuritatenin yaradıldığı 1948-ci ildə ilkin olaraq 4641 nəfərin işləyəcəyi müəyyənləşdirilmişdi. Bu 4641 nəfərdən 3549-u 1949-cu ilin fevral ayına qədər artıq işə qəbul edilmişdi. 3549 nəfərin 64%-i fəhlə, 4%-i kəndli, 28%-i məmur, 2%-i ziyalılar idi. 1951-ci ildə işçilərin sayı 5 dəfə artırılmışdır. 1956-cı ilin yanvar ayında Sekuritatedə 25.468 nəfər adam işləyirdi. Nikolay Çauşeskunun rejimi altında Securitate 1985-ci ildə 11.000 agent və yarım milyon xəbərçi ilə fəaliyyət göstərirdi[5]. 22 milyon əhaliyə sahib olan bir ölkə üçün bu rəqəmlər olduqca böyükdür. Sekuritate, Çauşesku rejiminin nəzarəti altında həbslər həyata keçirmiş və minlərlə “rejim düşməni” adı altında öldürülmüş insana görə məsuliyyət daşıyan gizli polis orqanı idi[2].

  1. Cristian Troncota, "Securitatea: Începuturile" Arxiv surəti 12 dekabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-12-12 at the Wayback Machine, Magazin Istoric, 1998
  2. 1 2 3 Smith, Craig S. "Eastern Europe Struggles to Purge Security Services". The New York Times. December 12, 2006. December 26, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2024.
  3. Turnock, 1997. səh. 15
  4. "DECRET nr.33 din 30 decembrie 1989 privind desfiintarea Departamentului securitatii statului". www.cdep.ro. 2018-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-23.
  5. "Sighet Museum: Room 14 – The Security Police (Securitate) between 1948 and 1989". www.memorialsighet.ro. Memorial of the Victims of Communism and of the Resistance. 11 October 2015. 26 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2022.

Previous Page Next Page