Selen

34 arsenselenbrom
S

Se

Te
Ümumi
Ad, İşarə, Nömrə selen, Se, 34
Qrup, Dövr, Blok 16, 4, p
Xarici görünüşü
Atom kütləsi 78.96 q/mol
Elektron formulu [Ar] 4s2 3d10 4p4
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 221 °C
(494 K, 430 °F)
Qaynama temperaturu 685 °C
(958 K, 1265 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçiricipolad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir. Seleni olduqca güclü toplayan bitkilər çin limonniki, qara qarağat, evkalipt, şüyüt, cir havuc və s –dir. Bizim orqanizmimizdə elə bir orqan yoxdur ki, orada selen rast gəlməsin.Onun başlıca müsbət effekti şiş əleyhinə aktivlikdir.Selen hüceyrələrdə oksidləşdirici-reduksiyaedici detoksiyasiya reaksiyalarına cavabdeh ola p53 genin aktivləşdirir.Selen zülalların və nuklein turşularının mübadiləsində iştirak edir, fermentlərin və hormonların tərkibinə daxildir, immunitet, iltihab və regenerasiya proseslərində iştirak edir. Selene malik zülallar sümük və qığırdaq toxumalarını fotmaşlaşdırır, skelet ezələlərinin və yumşaq əzələlərin işini stabilləşdirir.Selen qalxanabənzər v əzin hormonu olan tiroksinin formalaşmasında iştirak edir, mədəaltı vəzin hüceyrələrinin böyüməsini stimulaşdırır.Heyvanın və insanın selena tələbatı bir kilo rasionda 50-100 mkq olur.Hər şeydən əvvəl böyrəklərdə, qara ciyətdə, sümük beynində, ürək əzələlərində, mədəaltı vəzdə, ağ ciyərlə, dəridə və saçlarda toplanır.Selen gözün tor qişasında olur.İnsan gözünün tor qışasında 7mkq, qartalda 780 mkq. O, işiq enerjinin gözün tor qişasının elektrik potensial enerjisinə çevrilməsində iştirak edir ki, bu da insanın ətraf mühiti görmə prosesinin başlanğıcıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən sağlamlığı qorumaq üçün olduqca az selen lazımdır. Kişiyə sutkada 70 mkq, qadına 55 mkq, uşağa onun hər kiloqram çəkisinə gorə 1 mkq. Preparatın icazə verilən həddi sutka üçün 400 mkq müəyyən olunmuşdur. Heyvan və insan orqanizmin selen çatışmazlığı E vitamini çatışmadıqda baş verən dəyişmələrə səbəb olur, ağır funksional pozuntulara gətirib çıxarır. Selen artıqlığı orqanizmdə oksidləşmə-reduksiya reaksiyasını ləngidir, metionun aminturşusu sitezini pozur.Bu zaman heyvanlarda yun tökülür, buynuz və dirnaqlar deformasiya olur.İnsanda dırnaqların asan qırılması, saçların topa-topa tökülməsi, artrit, əzələ ağrıları, dərinin vəziyyətinin pisləşməsi, dişlərin çürüməsi, qara ciyər və böyrəklərin funksiyasının zəiflənməsi, immunitet ilə problemlər, əsəb sistemində pozulmalar müşahidə olunur. Selenin orqanizmə daxil olmasının əsas mənbələri aşagıdakılardır. Bitki mənşəli məhsullar göyərti, bütöv buğda dənəsi, qarğıdalı, paxlalılar, meyvələr, zeytun yağı, keşyu, hind qozu, püstə. Heyvan mənşəli məsullar: ət, donuz piyi. Optimal miqdarda selen piyvə balatasında, sarımsaqda və ağ göbələklərdə olur. Selenin daha çox məlum olan və insanlar tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır: Na2SeO3-natrium selenit H2Se-hidrogenselenid H2SeO4-selenat turşusu H2SeO3-selenit turşusu Selen 1817-ci ildə İsveç kimyaçıları Y.Bersellius və Q.Qan tərəfindən kəşf olunmuşdur.Berselius ayırdığı yeni elementin tellura çox oxşar olduğu müəyyən edərək ona Yerin tebii sputniki Ayın-Selenin şərəfinə selen adını verdi. İnsan bədənində selen atomlarının sayı 1,5­1020 bir insan hüceyrəsində 1,5-106 ədəddir. Selen birləsmələri tibbdə bir çox xəstəliklərin müalicəsi və profilaktikası üçün istifadə olunur, çünki selen tebii antioksidantdır. Selenli şampunlar, kremlər, sabunlar və gellər dermatoligiyada istifadə olunur.Selen həmçinin hepatitlərdə, pankreatitlərdə, qulaq, boğaz və burun xestəliklərində müalicəvi effekt göstərir. Bədxassəli şişlərin profilaktikası və müalicəsində selenin rolu geniş məlumdur. Kükürdə olduğu kimi selenin də müxtəlif allotropik şəkildəyişmələri mövcuddur: amorf qırmızı selen-qirmızı –boz toz, kristallik boz-daha çox davamlı modifikasiya. [1]

  1. Abbasov V.M,. Tağıyeva A.M Həsənov Z.Ə. Salmanzadə Ş.V Kimya və Həyat Bakı. Kövsər. 2011 seh 234.

Selen

Dodaje.pl - Ogłoszenia lokalne