Seqoviya (ispan Segovia) — İspaniyada şəhər. Əhalisi 55 min nəfərə yaxın. Kastiliya və Leonun eyni adlı əyalətinin inzibati mərkəzi. Seqoviya Madriddən 90 km şimal-qərb tərəfə Eresma və Klamores çaylarının arasındakı yüksəklikdə yerləşir. Toledo və Avila ilə birlikdə ispan paytaxtının yaxınlığında yerləşən üç şəhər-muzeydən biridir. 1985 ildən Seqoviya UNESCO nun ümumdünya irsi siyahısına daxildir.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ İspaniya Milli Statistika İnstitutu Municipal Register of Spain of 2023. 2023.