Sia | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1975[1][2] (49 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 1993-cü ildən |
siamusic.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Sia Keyt İzobelle Fürler (18 dekabr 1975[1][2], Adelaida, Avstraliya[1]) — avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə Crisp dağılanda o, Avstraliyada solo sənətçi kimi OnlySee adlı debüt studiya albomunu təqdim edib. Daha sonra o, Londona köçmüş və ingilis duosu Zero 7-ə vokalist kimi üzv olmuşdur. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu olan Colour the Small One-ı yayımlayıb.
Sia 2005-ci ildə Nyu-Yorka köçür və ABŞ-də qastrol səfərinə başlayır. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxılır. Bu albomlar onun əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdilər. Hər biri ayrı-ayrılıqda Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikat alıb. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verir və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəldir: "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu işlərə imza atıb.