Sikeliotlar (q.yun. Σικελιῶται, Sikeliôtai) — Maqna Qrekiyanın Siciliya hissəsində yaşayan yunandilli xalq. Onlar dori mənşəli idilər və e.ə. VIII əsrdən Siciliyada məskunlaşmışdılar. Qədim yunanlar onları sikanlar və sikullar kimi yerli əhalidən fərqləndirmək üçün belə adlandırmışdılar
Sikeliotlar ilk növbədə adanın şərq və cənub sahillərində məskunlaşmış, daxili ərazilər isə başqa xalqların ixtiyarına buraxılmışdır. Roma Siciliyanı fəth edənə qədər adanın sahillərini demək olar ki, tamamilə yunan koloniyalarından ibarət idi. Roma Respublikası və Roma imperiyası dövründə sikeliotlar yunan kolonialistlərinin nəslindən gələnlər hesab olunurdular və onlar Cənubi İtaliyada yaşayan qeyri-yunan əhalidən aydın şəkildə fərqləndirilirdilər.
Afina tarixçisi Fukidid "Peloponnes müharibəsi tarixi" əsərində bir neçə dəfə skeliotların adını qeyd edir.[1]