Silikatlar böyük mineral qrupunu əhatə edir. Onlar üçün mürəkkəb kimyəvi tərkib və kompleks elementlərin digərləri ilə izomorf əvəzlənməsi səciyyəvidir. Silikatların tərkibinə daxil olan əsas kimyəvi elementlər bunlardır: Si, O, Al, Fe2+, Fe3+, Mg, Mn, Ca, Na, K, həmçinin Li, B, Be, Zr, Ti, F, H, (OH)− və ya H2O formasında.
Silikatların mineral formalarının ümumi miqdarı 800-dür. Litosfer minerallarının tərkibinin 90%-ində silikalara rast gəlinir. Dağ suxurlarının böyük hissəsi onlardan təşkil olunmuşdur: şpatlar, kvars, amfobol, qarğaduzu, piroksin, olivin və s. Ən geniş yayılmışları şpatlar və kvartslardır, ikincinin payına bütün mineralların 12 % -i düşür.