Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Simbioz

Simbioz (yun. syn – müştərək həyat) – iki növdən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə bilavasitə qarşılıqlı təsirdə olur; xarici mühitlə münasibətlərin tənzimi hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Geniş mənada Simbioz parazitizm də (bu halda antoqonist Simbioz adlanır) daxil olmaqla müxtəlif növlərdən olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir. Bitki bitki ilə, bitki heyvanla, heyvan heyvanla, bitkiheyvan mikroorqanizmlərlə simbiotik münasibətdə olurlar. Simbioz terminini ilk dəfə alman botaniki A. de Bari (1979) təklif etmişdir. Bitkilər arasındakı Simbioza ən yaxşı misal mikorizadır.[1]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Previous Page Next Page






Simbiose AF تكافل (أحياء) Arabic سیمبیوز AZB Сімбіёз BE Сымбіёз BE-X-OLD Симбиоза Bulgarian Simbioza BS Simbiosi Catalan ھاوگوزەرانی CKB Symbióza Czech

Responsive image

Responsive image