Sirroz

Sirroz
XBT-10-KM K74.60
XBT-9 571
XBT-9-KM 571.5[1]
DiseasesDB 2729
MedlinePlus 000255
MeSH D008103
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SirrozQaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır.

Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir.

Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.

Damarlanma və qan axını pozuqluqları isə xəstəliyin primer xüsusiyyətləri deyil; tərifdə iştirak edən digər xüsusiyyətlərin (fibrozis və düyünlü quruluş) nəticəsi olaraq əmələ gəlir. Sirrozun əsas xüsusiyyəti olan sklerozlaşma davamlı hüceyrə dağılmasının nəticəsidir. Bu səbəblə daimi hüceyrə zədələnməsi əmələ gətirən bir çox xroniki qaraciyər xəstəlikləri sirrozla nəticələnir. Bunlar arasında infeksiyon, autoimmun, metabolitik xəstəliklər, öd yolu xəstəlikləri, dərmantoksinlərə bağlı qaraciyər zəhərlənmələri, qan dövranı pozğunluqları və başqa səbəblər iştirak edər.

  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.

Sirroz

Dodaje.pl - Ogłoszenia lokalne