Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Sistola

Mədəciyin sistolası
Ürəyin işi

Sistola (yun. sistoliyığılma yaxud qısalma[1]) — ürək dövrünün fazası, ürək vurğusu zamanı ürəyin sağ və sol mədəciklərinin əzələsinin yığılması nəticəsində qan sağ mədəcikdən ağciyər arteriyasına, sol mədəcikdən isə aortaya qovulur. Bu zaman ürəyin aortaağciyər arteriyası qapaqcıqları açılır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar qapanmış olurlar. Nəticə etibarilə yaranan təzyiq sistolik təzyiq adlanır. Sistolik təzyiq ürək əzələsinin qüvvəsindən və onun qovduğu qanın həcmindən, eyni zamanda damar divarlarının müqavimətindən asılıdır. Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.

Ürəyin EKQ müşayiətilə animasiyası

Sistola fazasının başlanması:

  • Fonoqrafiyada və auskultasiyada: I tonun eşidilməsi;
  • Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının açılması;
  • EKQ: R dişciyinin əmələ gəlməsi.

Sistola fazasının bitməsi:

  • Fonoqrafiyada və auskultasiyada: II tonun eşidilməsi;
  • Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması;
  • EKQ: T dişciyinin əmələ gəlməsi.
  1. Duden: Systole Arxivləşdirilib 2022-03-10 at the Wayback Machine  (alm.)

Previous Page Next Page






انقباض القلب Arabic Сістала BE Систола Bulgarian Sistola BS Sístole Catalan Systola Czech Systole German Systole English Sistolo EO Sístole Spanish

Responsive image

Responsive image