Slayer | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
treş-metal spid-metal |
Fəaliyyət illəri | 1981—2019 |
Ölkə | ABŞ |
Şəhər | Hantinqton-Park, Kaliforniya |
Leybl |
Metal Blade Records Def Jam Recordings American Recordings |
Heyət |
Tom Araya Kerri Kinq Pol Bostaf Qeri Holt |
Keçmiş üzvlər |
Ceff Hanneman Deyv Lombardo Con Dette |
www.slayer.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir.
Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir.
Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür. Qrup beş dəfə Qremmi mükafatı nominasiyası olmuş, Christ Illusion (2006) albomundakı 2 mahnıya — 2007-ci ildə "Eyes of the Insane", 2008-ci ildə isə "Final Six" mahnısına görə bu mükafatın qalibi olmuşdur. 1991–2013-cü illər arasında qrupun ABŞ-də beş milyondan çox albomu satılmışdır. 37 illik səsyazma və performansdan sonra 2018-ci ilin yanvarında Slayer özünün sonuncu dünya turunu elan etmiş,[1] bu turun 2019-cu ilə qədər uzanacağı bəyan edilmişdir.[2][3]