Snickers — qovrulmuş yerfındığı (fındıq və ya günəbaxan tumu da ola bilər), karamel və nuqadan ibarət, üzəri südlü şokoladla örtülmüş şokolad batonu[1]. ABŞ-də ən çox satılan şokolad batonudur. Dünyada illik satışı 2 milyard dollar aralarındadır[2]. İlk zamanlar Böyük Britaniya və İrlandiyada Marafon adıyla[3] satılırdı, daha sonra isə Snickers adı ilə bütün dünyada tanınmağa başladı.