Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sofokl | |
---|---|
q.yun. Σοφοκλῆς | |
Doğum tarixi | təq. e.ə. 496[1] |
Doğum yeri |
|
Vəfat tarixi | e.ə. 406[1] |
Vəfat yeri | |
Fəaliyyəti | faciə yazıçısı[d], dramaturq, yazıçı, keşiş, siyasətçi |
Əsərlərinin dili | qədim yunan dili |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sofokl (təq. e.ə. 496[1], Kolon[d][2][3] – e.ə. 406[1], Afina[1]) — antik yunan dramaturqu. O, üç böyük yunan faciə yazıçılarından biridir. Digərləri Esxil, Evripid olmuşdur. Sofokl e.ə. 496-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş; aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır. Onun 123 əsəri olduğunu deyirlər. Bunlrdan dövrümüzə tam şəkildə 7 pyes çatmışdır: Tiran Edip, Edip Kolonda, Antiqona, Elektra, Ayaks, Filoktet, Traxinya qadınları. Sonralar İz izləyənlər və Proqona adlı əsərlərdən parçalar tapılmışdır.