Stronsium

38 rubidiumstronsiumittrium
Ca

Sr

Ba
Ümumi
Ad, İşarə, Nömrə stronsium, Sr, 38
Qrup, Dövr, Blok 2, 5, s
Xarici görünüşü
Atom kütləsi 87.62 q/mol
Elektron formulu [Kr] 5s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 777 °C
(1050 K, 1431 °F)
Qaynama temperaturu 1382 °C
(1655 K, 2520 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Stronsium (Sr) – Stronsium öz adını Şotlandiyanın Stronşian kəndinin (latın sözü "Strontion" – Şotlandiya deməkdir) adından götürülüb. 1787-ci ildə bu kəndin yaxınlığında mineral aşkar olunmuşdur ki, 1790-cı ildə şotlandiya həkimi A. Krouford əvvəllər məlum olmayan "torpağı" ayırmışdır. Metallik stronsium ilk dəfə olaraq ingilis kimyaçısı Q. Devi tərəfindən 1808-ci ildə alınmışdır.

D. İ. Mendeleyevin elementlərin dövri sistemində 38-ci element. Rəngli televiziyalar üçün görüntü balonlarının və dəmir əsaslı maqnitlərin istehsalında, sinkin saflaşdırılmasında, işıqfor gilizlərindəfişənglərdə qırmızı rəngin əldə edilməsində istifadə edilir. Nüvə batareyalarıfosforlu boyaların hazırlanmasında da bu elementdən istifadə edirlər. Stronsium titanat, yüksək bir qırılma indisinə və almazdan daha geniş bir optik dağılıma sahib olması səbəbiylə, cəlb edici bir optik maddədir. Stronsium mikroorqanizmlərin, bitkilərin və heyvanların tərkib hissəsidir. Dəniz yosunlarının quru maddəyə görə qramında 26–140 mq, yerüstü bitkilərdə 2,6 mq-a yaxın olur. Müxtəlif orqanizmlərin stronsiumu toplaması təkcə onların növündən, xüsusiliyindən deyil, həm də stronsium və digər elementlərin, başlıca olaraq kalsium və fosforun ətraf mühitdə nisbətindən asılı olur.


Stronsium

Dodaje.pl - Ogłoszenia lokalne