Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Svinq

Swing
Mənbəsi 1920-ci illər caz musiqisi
Yarandığı dövr 1930
Törəmə formalar New jack swing
Birləşmə formalar Electro swing
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bendbendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi HermanCab Calloway swing erasının önəmli ifaçılarıdır.

Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur. Swing bir çox səbələrdən asılı olaraq İkinci Dünya Müharibəsindən sonra populyarlığını itirməyə başladı. Swing özündən sonra gələn pop, bebopjump blyuz kimi tərzlərə də təsir göstərmişdir. Musiqi 1950–60-cı illərin sonunda Count BasieDuke Ellinqtonun orkestraları, eyni zamanda Frenk SinatraNet Kinq Kol kimi vokalistlər sayəsində yenidən məşhurlaşmışdır. 

Swing digər janrlar ilə miks edilərək, yeni tərzlərini yaratmışdır. Kantri musiqisində,Cimmi Rodcers, Mun Mullikan və Bob Uillis kimi sənətçilər blyuz ilə yanaşı swing'in bir çox elementlərini təqdim edərək western swing adlı yeni janr yaratmışdılar. Gypsy swing VenutiLanq kimi musiqiçilərin caz violençel swing'ini daha da irəli aparmasıyla yaranan janr idi. Swing'in dirçəlişi 1960-cı illərin sonundan 2000-cı illərə qədər davam etmişdir. 1980-lərin sonunda (1990-ın əvvəlinə qədər) daha müasir olan və Teddi Rayli tərəfindən önə çıxarılan new jack swing adlı janr yaranmışdır. 90-ların sonu və yeni əsrin əvvəllərində Squirrel Nut Zippers, Brian Setzer, Biq Bəd Vudu DədddiLavey Smis'in öncülük etdiyi yeni bir swing dirçəliş dalğası baş vermişdir. 


Previous Page Next Page






Swing ALS موسيقى السوينغ Arabic موسيقى السوينج ARZ Swing BAR Свінг (жанр) BE Сўінг (музыка) BE-X-OLD Суинг Bulgarian Swing Catalan Swing (hudba) Czech Swing Danish

Responsive image

Responsive image