Tabu

Tabu (Polineziya dilində - qadağan) — dini ovsunlu tədbirin tətbiq olunma şərtinə qəti qadağan. Tabunun pozulması "fövqəltəbii" cəza, xəstəlik və ya ölümlə hədələnir. Tabu sistemi Polineziya adalarında həddindən artıq inkişaf etmişdir. Burada o, hətta dövlət qanunlarını əvəz edir.[1] Qədimlərdən bəri Yeni Zelandiya qəbilələrində başçılar müəyyən şeylərə toxunmağı qadağan edirdilər ki, bu da «tabu» adlanırdı. Hansısa insan və yaxud yer «tabu» elan edilirdisə, ona yaxınlaşmağa heç kimin ixtiyarı çatmırdı. Vəhşi qəbilələr başçının əmrini Allahın əmri sayırdılar. Onlara elə gəlirdi ki, başçının əmrini pozsalar, Allahın da əmrindən çıxmış olarlar və Allah onları cəzalandırar.[2]

  1. Z. Bünyadov. Dinlər, təriqətlər, məzhəblər. Bakı,2007. səh.260.
  2. Jül Vern - Kapitan Qrantın Uşaqları, səhifə 108.

Tabu

Dodaje.pl - Ogłoszenia lokalne