Taurin | |
---|---|
Ümumi | |
Sistematik adı | 2-Aminetan sulfon turşusu |
Kimyəvi formulu | C2H7NO3S |
Empirik formulu | H2NC2H4SO3H |
Molyar kütlə | 125,14 q/mol |
Fiziki xassələri | |
Aqreqat halı (n.ş.) | rəngsiz və ya ağ rəngli bərk maddə |
Sıxlıq | 1.734 q/sm3 (at −173.15 °C) q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 305,0 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 107-35-7 |
PubChem | 1123, 4068592 |
EINECS-də qeyd. nöm. | 203-483-8 |
SMILES | NCCS(=O)(O)=O |
ChEBI | 15891, 507393 |
ChemSpider | 1091 |
Taurin — yarı əvəzolunmaz metionin və sistindən əldə edilən sülfürdən alınan amin turşusu. Bədəndə təbii olaraq meydana gəlir. Taurin tez-tez kükürd tərkibli amin turşusu olaraq adlandırılır, lakin molekulda bir karboksil qrupu yoxdur. Heyvanların və insanların toxumalarında və ödündə az miqdarda mövcuddur. Qida əlavəsi və ya dərman olaraq istifadə olunur.
Bədəndəki nevroloji funksiyaları və nevroloji əlaqə mexanizmini gücləndirir və tənzimləyərək antioksidləşdirici xüsusiyyətlər göstərir. Beyin zədələnməsindən sonra bədəndə taurin səviyyələri artılır, bunun səbəbi nevroloji olaraq qoruyucu olması və nevroloji canlandırıcı təsirlərə malik olmasıdır.
Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri "Fridrix Tideman" və "Leopold Qmelin" tərəfindən öküzün ödündən əldə edilməsidir. 1846-cı ildə "Edmund Ronalds" tərəfindən insan ödündə aşkar edilmişdir. Yüksək miqdarda taurinə beyində, gözdə, ürəkdə və qan hüceyrələrində rast gəlinir.[1]
Taurinin zvitterion şəklində mövcud olması (H3N+CH2CH2SO3-) rentgen kristalloqrafiyası ilə təsdiq edilmişdir.[1]