Telekommunikasiya

Almaniyada, Bavariyanın Raystinq bələdiyyəsində peyk kommunikasiyası qurğusunda yer stansiyası.

Telekommunikasiya[1][2]məftil, radio, optik və ya digər elektromaqnit sistemləri vasitəsilə müxtəlif növ texnologiyalar ilə məlumatların ötürülməsi.[3][4] Bu, insan səsi ilə mümkün olandan daha böyük məsafədə, lakin buna bənzər məqsədəuyğunluq miqyası ilə ünsiyyət qurmaq istəyindən yaranmışdır. Buna görə də poçt sistemi kimi vasitələr bu sahədən xaric edilir.

Telekommunikasiyada ötürmə vasitələri mayaklardan və digər vizual siqnallardan (məsələn, tüstü siqnalları, semafor teleqrafları, siqnal bayraqları və optik helioqraflar) elektrik kabelinə və elektromaqnit şüalanmasına qədər texnologiyanın çoxsaylı mərhələləri vasitəsilə inkişaf etmişdir. Bu cür ötürmə yolları əksər hallarda çoxlu paralel kommunikasiya seanslarının multipleksləşdirilməsinin üstünlüklərini təmin edən kommunikasiya kanallarına bölünür.

Müasir dövrdən əvvəl formalaşmış uzaq məsafəli ünsiyyətin digər nümunələrinə zərb alətlərinin kodlu ritmləri, musiqi aləti kimi istifadə olunan buynuzlar və yüksək səsli fitlər kimi səsli mesajlar aiddir. Uzun məsafəli rabitə üçün XX və XXI əsr texnologiyaları adətən elektrik və elektromaqnit texnologiyalarını əhatə edir. Bunlara teleqraf, telefon, televiziya və teleprinter, şəbəkələr, radio, mikrodalğalı ötürücü, optik lifkommunikasiya peykləri daxildir.

İlkin telekommunikasiya şəbəkələri siqnal ötürülməsi üçün fiziki vasitə kimi metal məftillər ilə yaradılmışdır. Uzun illər bu şəbəkələr teleqraf və səs xidmətləri üçün istifadə edilmişdir. Simsiz rabitədə inqilab XX əsrin ilk onilliyində başlamış, radiokommunikasiyada qabaqcıl yeniliklər 1909-cu ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş Qulyelmo Markoni, həmçinin elektrik və elektron telekommunikasiya sahəsində digər görkəmli ixtiraçılar tərəfindən önə atılmışdır. Bunlara Çarlz VitstonSamuel Morze (teleqrafın ixtiraçıları), Antonio MeuççiAleksandr Qreyam Bell (telefonun ixtiraçıları və təkmilləşdiricilərindən bəziləri), Edvin ArmstronqLi de Forest (radio ixtiraçıları), həmçinin Vladimir Zvorıkin, Con Lougi BerdFilo Farnsvort (televiziya ixtiraçılarından bəziləri).

1960-cı illərdən bəri rəqəmsal texnologiyaların yayılması ilə səsli kommunikasiya tədricən verilənlər ilə tamamlanmışdır. Metal verilənlərin ötürülməsinin məhdudiyyətləri optikanın inkişafına təkan vermişdir.[5][6][7] Mediadan müstəqil internet texnologiyalarının inkişafı məkan və vaxt məhdudiyyəti olmadan fərdi istifadəçilər üçün dünya miqyasında xidmətlərə çıxışı təmin etmişdir.

  1. "Telekommunikasiya islahatların əsası kimi". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
  2. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2007, 996 s.
  3. Article 1.3 (PDF) // ITU Radio Regulations, International Telecommunication Union, 2012, 19 March 2015 tarixində arxivləşdirilib (PDF)
  4. Constitution and Convention of the International Telecommunication Union, Annex (Geneva, 1992)
  5. "How does a Gigabit Passive Optical Network (GPON) work?". European Investment Bank (ingilis). 7 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.
  6. Read "Renewing U.S. Telecommunications Research" at NAP.edu (ingilis). 2006. doi:10.17226/11711. ISBN 978-0-309-10265-0. 23 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2021.
  7. Cyphers, Bennett. "The Case for Fiber to the Home, Today: Why Fiber is a Superior Medium for 21st Century Broadband". Electronic Frontier Foundation (ingilis). 16 October 2019. 3 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.

Telekommunikasiya

Dodaje.pl - Ogłoszenia lokalne