Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.
Tetraqrammaton
Meşa stelasında İsrail tanrısı Yehova haqqında məlum olan ən qədim istinad (e.ə. 840) var.[1]
Tetraqrammaton və ya tetraqramma (yun.τετραγράμματον, от τετρα — «четыре» и γράμμα — «буква») yəhudi dini və kabbalistik ənənələrində digər tanrı titullarından fərqli olaraq, tanrının öz adı sayılan dörd hərfdən ibarət söz. Tetraqrammaton aşağıdakı dörd hərflə yazılır: Şablon:Dil-he2 (yud), Şablon:Dil-he2 (hey), Şablon:Dil-he2 (vav), Şablon:Dil-he2 (hey), nəticədə Şablon:Dil-he2 sözünü əmələ gətirir.[2] Latın hərfləri ilə tetraqram "YHVH" kimi transkripsiya edilir.
Bu adın "olmaq", "mövcud olmaq" və ya "olmağa səbəb olmaq" mənasını verən feldən yarandığına inanılır.[3] Hər halda, adın quruluşu və etimologiyası ilə bağlı konsensus yoxdur. Buna baxmayaraq, indiki dövrdə "yahve" forması demək olar ki, hamı tərəfindən qəbul edilir, lakin "yehova" kimi edilən tələffüz hələ də geniş istifadə olunur.[4][5][6]