Turandot | |
---|---|
it. Turandot | |
Bəstəkar | Cakomo Puççini |
Librettoçu | Adami Cüzeppe və Simoni Renato |
Dirijor | Arturo Toskanini |
Dili | italyanca |
Süjet | Nizaminin “Yeddi gözəl” (farsca: Həft Peykər – هفت پیکر) əsərindəki hekayədən [1][2][3][4]. Hekayədə qəddar, gözəl, hiyləgər şahzadə qızın adı çəkilməsə də bütün keyfiyyətləri ilə librettodakı Turandota bənzəyir. Fransız şərqşünas alimi Fransua Pöti de La Krua tərəfindən edilmiş tərcümədə sözü gedən personaj Turandox (Turandokh) kimi təqdim edilmişdir[5][6]. |
Janr | Dram |
Pərdə | 3 |
Səhnə | 5 |
Yaradılma tarixi | 1921-1926 |
İlk səhnələşdirmə |
26 aprel 1926, 25 aprel 1926[7] La Skala[7] |
Müddəti | 1¾ saat |
Hadisələrin baş verdiyi yer | Pekin |
Personajlar |
Personajlar: |
Premyera |
25 aprel 1926 La Skala, Milan |
Vikianbarda əlaqəli mediafayllar |
Turandot (it. Turandot) — Cakomo Puççininin Karlo Qotsinin eyniadlı pyesi əsasında yazdığı 5 mənzərəli üç aktdan ibarət sonuncu opera əsəri. Operanın librettosu Cüzeppe Adami və Renato Simoniyə məxsusdur.
Opera ilk dəfə 25 aprel 1926-cı ildə Milanda La Skala opera evində səhnəyə qoyulmuşdur. Puççininin vəfat etməsi səbəbindən operanı tamamlamaq ona qismət olmur. Buna görə də "Turandot" Puççininin qaralamaları əsasında Franko Alfanonun yazdığı sonuncu duet və final ilə yekunlaşır.