Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Ufologiya

Ufologiya (ing. ufology) — UNO-ları (uçan naməlum obyekt) görmüş şəxslərin verdikləri məlumatların yığılması, təsnifləşdirilməsi və interpretasiyası ilə məşğul olan bir elm sahəsidir. Ufologiya elminin əsas problemi daxil olan məlumatların obyektivliyidir.

Ufologiya elmi rəsmi elm sayılmır. Bu termin yalnız kütləvi informasiya vasitələri tərəfindən istifadə edilir. Bu elmin tədqiqatları və tədqiqat metodları olduqca müxtəlifdir. Qeyri-adi hallarala maraqlanan mütəxəssislərin diapozonu olduqca genişdir: sadə həvəskarlardan tutmuş alimlərə qədər. Bu elmin obyekti isə ciddi elmi tədqiqatlar və sadə insanların müşahidələrindən ibarət olduğuna görə ufologiyanı alimlər tam bir elm saymırlar.

Ufoloqlar elmə məlum olmayan hallar və qeyri-adi varlıqlarla əlaqəyə girmiş şəxslərin verdikləri məlumatları toplayırlar.

Ufoloqlar arasında gəlmələrin bizim planetə haradan və hansı məqsədlərlə gəlmələri ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Onların yaşayış yerləri kimi qalaktikanın başqa planetləri, paralel dünyalar, mənəvi sferalar və s. göstərilir. Gəlmələrin bizim planetə səfərlərinin məqsədləri də müxtəlif olaraq göstərilir: insanlara kömək, insanları öz məqsədləri üçün istifadə, eksperimentlər və s. Ufoloqların MUFON (Mutual UFO Network) kimi beynəlxalq təşkilat və cəmiyyətləri mövcuddur. Ufoloqlar ekstrasenslər, parapsixoloqlar və falçılar kimi qeyri-adi istedada malik şəxslərlə sıx əlaqə saxlayırlar.

UNO-lar haqqında indiyə qədər yüz minlərlə məlumat çap edilib. UNO-lar haqqında olan məlumatın geniş xalq kütləsi arasında yayılması 24 iyun 1947-ci ildə Amerikalı Kennet Arnoldun öz təyyarəsi ilə Vaşinqton ştatının üzərindən uçarkən 10 böyük sürətlə hərəkət edən diskvari obyektləri görməsindən sonra başlamışdır. Növbəti gün bu hadisə yerli qəzetlər tərəfindən "uçan boşqablar" adlı məqalədə öz əksini tapmışdı.

Səmada uçan naməlum obyektlər haqqında məlumatlar qədim zamanlarda da mövcud olmuşdur. Tarixçilər e.ə. 322-ci ildə Makedoniyalı İsgəndərin başına gəlmiş bir hadisəni qeyd edirlər. Onun qoşunları Tir şəhərini keçərkən onların üzərindən öz aralarında üçbucaq əmələ gətirmiş üç kürə keçmişdir. Birdən kürələrin ən böyüyündən ildırım çıxaraq qala divarlarından birini dağıtmışdır. Bundan sonra kürələr qüllə və divarları dağıdaraq İskəndərin qoşunları üçün yol açmışdır.

İngiltərədə Empeforus monastırında 1230-cu ilə aid olan (1953-cü ildə tapılmlş) bir yazı vardır. Yazıda deyilir:

"Henrix duaya başlarkən, qardaşlardan biri olan Yan içəri girərək bayırda nə isə anlaşılmaz bir şeyin baş verdiyini dedi. Keşişlər bayıra çıxarkən bayırda böyük və parlaq bir diskin olduğunu görmüşlər. Onların hamısını qorxu bürüdü."


Previous Page Next Page