Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Vakuol

Eukariot hüceyrə quruluşu. Vakuol 10 ədədi ilə nömrələnib

Vakuol (lat. Vakulus – boş) — əsasən bitki hüceyrələri üçün xarakterikdir. Onlar iri və kiçik ölçülü olur. Mərkəzi vakuol sitoplazmadan tək membranla – tonoplastla ayrılır.

İri mərkəzi vakuol endoplazmatik şəbəkədən ayrılan kiçik qovuqcuqlardan əmələ gəlir. Vakuolun boşluğu suda həll olan qeyri-üzvi maddələr, üzvi turşular və digər maddələrlə dolur.

Mərkəzi vakuol hüceyrədə turqor təzyiqini tənzimləmək funksiyasını yerinə yetirir. Vakuolda fotosintez üçün lazım olan su və maddələr mübadiləsi nəticəsində əmələ gələn çöküntü maddələri toplanır. Lakin çöküntü maddələri hüceyrədən xaric olunur. Vakuollarda həmçinin, rəngləyici maddələr olan antosianlar da toplanır. Bəzi vakuollar isə lizosomları xatırladır.[1]

  1. Tibbi biologiya və genetikanın əsasları. C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Baki – 2008. Səh. 66

Previous Page Next Page






Vakuool AF فجوة عصارية Arabic واکوئل AZB Вакуоля BE Вакуола Bulgarian কোষ গহ্বর Bengali/Bangla Vakuola BS Vacúol Catalan Vacuole CEB ڤاکیوئۆل CKB

Responsive image

Responsive image