Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Vakuum

Vakumun nümayişi üçün nasos

Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir. Təyyarə qanadının forması elə düzəldilmişdir ki, horizantal uçuş zamanı təyyarənin üstündən axıb keçən hava qanadın üst səthi üzərində yarımçıq vakuum yaratmış olsun. Qanadın aşağı səthinin altındakı hava qanadı aşağıda sıxmağa başlayır və bununla da qaldırıcı qüvvə yaratmış olur.


Previous Page Next Page






Vakuum AF Vakuum ALS ኦና AM Vueito (fisica) AN निर्वात ANP فراغ (فيزياء) Arabic خوا ARY الفضاء ARZ Vacíu AST Вакуум BA

Responsive image

Responsive image