Vakxanaliya

Dionisin zəfəri. Müəllif: Nikola Pussen. 1635–1636-cı illər.

Vakxanaliya (lat. bacchanalia) — Qədim Romada e.ə. V–II əsrlərdə YunanıstanKiçik Asiyadan mənimsənilmiş Dionisin (Vakx) şərəfinə mistik şənliklər. E.ə. II əsrdən bu şənliklər orgiya xarakteri almışlar.[1] Vakxanaliya əvvəlcə ilin üç günü gizli şəkildə keçirilirdi və burada yalnız qadınlar iştirak edirdilər. Sonralar kişilər də şənliklərə qatılmağa başladı və onlar ayda beş dəfəyə qədər keçirilməyə başlandı.[2] E.ə. 186-cı ildə Roma senatının xüsusi fərmanı ilə vakxanaliya qadağan edilmişdir. Buna baxmayaraq, İtaliyanın cənubunda gizli şəkildə keçirilməyə davam edilmişdir.[1]

  1. 1 2 "ВАКХАНА́ЛИИ". 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  2. "Bacchanalia". 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.

Vakxanaliya

Dodaje.pl - Ogłoszenia lokalne