Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Valkiriya

"Valkiriya". Peter Nikolay Arbo. 1864-cü il.
"Valkiriya". Emil Bayyar.

Valkiriya (q.skan. valkyrja — "ölüləri seçən") — skandinav mifologiyasında, döyüşdə ölənləri və sağ qalanları seçən qadın. Döyüşdə ölənlərin yarısını seçən[a] valkiriyalar seçdiklərini Odinin ağalıq etdiyi Valhallaya aparır. Ölmüş döyüşçülər orada eynheryarlara (Tək döyüşçülər)[1] çevrilirlər. Eynheryar Raqnarökün hadisələrinə hazırlaşmayanda valkiriyalar onlara bal içkisi verir. Valkiriyalar həmçinin, qəhrəmanlar və digər canlıların sevgililəri kimi təsvir olunurlar. Onlar bəzən şəhanəliyin qızları kimi təsvir olunurlar.

Valkiriyaların adı "Böyük Edda", "Kiçik Edda", "Yer dairəsi" və "Nyal saqası" əsərlərində çəkilir. Onlar skaldların şeiriyyətində, ovsunlarda və müxtəlif run kitabələrində görünürlər.

Bu terminin qədim ingilis dilindəki qarşılığı "wælcyrge" və "wælcyrie" sözləridir, hansı ki, qədim ingilis dilində olan bir neçə əlyazmada görünür. Alimlər bu terminin qədim ingilis dilinə skandinav təsiri ilə daxil olduğunu, yoxsa yerli anqlosaks paqanların ənənəsinin bir inikası olduğunu araşdırıblar. Elmi nəzəriyyələr onu iddia edir ki, valkiriyalar, nornlardislər arasında bir əlaqə var. Bunların hamısı taleh ilə bağlı olan fövqəltəbii varlıqlardır. Skandinaviya boyunca aparılmış arxeoloji qazıntılarda üzərində valkiriya təsvirləri olduğu düşünüldüyü tilsimlər aşkar olunmuşdur. Valkiriyalar müasir mədəniyyətdə rəsm, musiqi, komiks, videooyun və şeir kimi əsərlərin mövzusu olublar.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı

  1. Orchard (1997:36) and Lindow (2001:104).

Previous Page Next Page






Walkure AF فالكيري Arabic Valquiria AST Валькирия BA Walkyrn BAR Валькірыі BE Валкирии Bulgarian Valkirienn BR Valquíria Catalan Valchiria CO

Responsive image

Responsive image