Vasabi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Vasabi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vasabi (lat. Eutrema japonicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin evtrema cinsinə aid bitki növü.
Çoxillik vasabi bitkisinin kökündən, yarpaqlarından alınan məşhur yapon ədviyyatı.[1] Vasabinin iri ürək formalı yarpaqları olur və kələmkimilər fəsilsinə aiddir.[2] Bitki ilk dəfə Yaponiyada X əsrdə becərmişlər. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Onun dadının və qoxusunun xoş olduğunu görən yaponlar kütləvi surətdə vasabi yetişdirməyə başlamışlar.[3][4]
Onu bəzən yapon xreni də adlandırırlar. İndi Cənubi Koreyada, Çində, ABŞ-də, Yeni Zellandiyada vasabinin yetişdirilməsi ilə xüsusi məşğul olurlar. Vasabidən xüsusi ədviyyat hazırlanır. Bu ədviyyat istiot, qida boyaları və müxtəlif ədviyyatların qarışımından hazırlanır və yaşıl rəngdə olur.[5] Təbii yolla əldə edilmiş vassabini hava olmayan xüsusi polietilen paketdə saxlamaq lazımdır. Marketdən alınmış vasabini isə hermetik bankada saxlamaq lazımdır. Bu şəkildə bir dəfə istifafdə edilmiş vasabinin qalan hissəsini 1 ay saxlamaq mümkündür.[6]