Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Venom

Venom
ing. Venom
Rəssam Qabriel Dell'Otto tərəfindən Venomized #1 komiksinin üz qabığında çəkilmiş Venom təsviri
Nəşriyyat Marvel Comics
Yayım tarixi Yad planetli kostyumu kimi:
The Amazing Spider-Man #252 (May 1984)
Venom kimi:
Kameo: The Amazing Spider-Man #299 (Aprel 1988)
Tam iştirak: The Amazing Spider-Man #300 (May 1988)
Yaradıcı(lar) Yad planetli kostyumu kimi:
Rendi Şuller
Rocer Stern
Tom DeFalko
Mayk Zek
Ron Frenz
Venom kimi:
Devid Mişelini (yazıçı)
Todd MakFarleyn (rəssam)
Xüsusiyyətlər
Əsl adı

Piter Parker
Eddi Brok
Enn Veyinq
Patrisiya Robertson
Ancelo Fortunato
Mak Qarqan
Fleş Tompson
Li Prays


New Goblin
Doğum yeri
Cinsiyyəti kişi[d]
Boyu 1,9 m
Növü klintar
Komiks bioqrafiyası
Üzvlükləri
Düşmənləri Hörümçək-adam
Gücləri * Simbiotun ilk daşıyıcısı olmuş Hörümçək-adamın bütün güc və bacarıqları
* Məhdud forma dəyişdirmə və kamuflyaj
* Müstəqil Simbiot müdafiə bacarıqları
* Hörümçək-adamın hörümçək hissiyatı tərəfindən hiss edilməmə

Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur.

Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir.[1] Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor DumQırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir.[2]

Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.”[3][4] IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.[5] IGN Mak Qarqanın Venom çevrilməsini, "The Top 50 Avengers" siyahısında on yeddinci[6], Fleş Tompsonun çevrilməsini iyirmi yeddinci[7] yerdə qərarlaşdırmışdır. “Empire” jurnalının “50 ən böyük komiks personajı” siyahısında personaj otuz üçüncü yerdə qərarlaşmışdır.[8]

  1. "Venom: Dark Origin #5 - Marvel Comics Catalog: The Official Site - Iron Man, Hulk, Spider-Man, X-Men, Wolverine and all Marvel Comics and Graphic Novels | Marvel Comics Catalog". Marvel.com. 2008-12-31. 2009-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  2. Mark Miller (w), Terri Dodson (p), Reyçel Dodson (i). Spider-Man Ultimate Collection (December 2011), Marvel Comics
  3. Conroy, Mike. 500 Comicbook Villains, pp.358, Collins & Brown, 2004.
  4. Goldstein, Hilary. "Spider-Man villain poll". IGN. 2006-02-01. 2007-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  5. "Venom is number 22". IGN. 2010-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  6. "The Top 50 Avengers". IGN. April 30, 2012. 31 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  7. "The Top 50 Avengers". IGN. April 30, 2012. 31 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
  8. "Empire | The 50 Greatest Comic Book Characters". Empireonline.com. 2006-12-05. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.

Previous Page Next Page