Viski — müxtəlif növ taxıllardan əldə edilən aromatik, sərt spirtli içki. Palıd çəlləklərində çürümə, fermentasiya, distillə və uzunmüddətli saxlanma proseslərindən keçərək alınan içkidir. Viski arpa, çovdar, buğda və ya qarğıdalıdan hazırlana bilər. Fransanın Bretan bölgəsində qarabaşaqdan belə viski hazırlayırlar. Alkoqolunluluğu adətən 40-50%-dir, lakin bəzi viski növləri daha yüksək sərtliliyə malikdir (60% -ə qədər). İçkinin rəngi açıq sarıdan qəhvəyi rəngə qədər dəyişir, şəkərin miqdarı həddindən artıq aşağı və ya heç yoxdur. Ənənəvi viski istehsal edən bölgələr Şotlandiya və İrlandiyadır. Böyük Britaniya və ABŞ-də çox içilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s. ilə qarışdırılır.