WordPress (WP və ya WordPress.org) — azad və açıq mənbəli məzmun idarəetmə sistemidir (CMS-Content Management System / Məzmun İdarəetmə Sistemi). Hipermətn preprosessor dilində yazılmışdır[5] və dəstəklənən HTTPS ilə MySQL və ya MariaDB verilənlər bazası ilə qoşalaşmışdır.
Tətbiq sahəsi bloqlardan kifayət qədər mürəkkəb xəbər resurslarına qədərdir. Daxili "mövzular" və "pluginlər" sistemi uğurlu arxitektura ilə birlikdə geniş funksional mürəkkəb layihələrini tərtib etməyə imkan verir.
Kökləri və inkişafı 2001ə qədər uzanır.[6]
İstifadədə olan ən populyar məzmun idarəetmə sistemlərindən biri olan WordPress 2021-ci ilin oktyabrına olan ən yaxşı 10 milyon vebsaytın 42,8%-i tərəfindən istifadə edilir.[7][8]