Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Xlor

17 kükürdxlorarqon
F

Cl

Br
Ümumi
Ad, İşarə, Nömrə xlor, Cl, 17
Qrup, Dövr, Blok 17, 3, p
Xarici görünüşü
Atom kütləsi 35.453 q/mol
Elektron formulu [Ne] 3s2 3p5
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu -101.5 °C
(171.6 K, -150.7 °F)
Qaynama temperaturu -34.04 °C
(239.11 K, -29.27 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Xlor (Cl) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 17-ci element.

Xlor kəskin iyli sarımtıl – bərk maddədir Birinci Dünya müharibəsində xlordan zəhərləyici maddə kimi istifadə edilmişdir. Kimyəvi reaksiyalarda tərkibində xlor olan birləşmələrdən və xlorlu sudan xlor aldıqda o, təhlükəli sayılır. Tərkibində xlor olan ağardıcılardan istifadə etdikdə də otağın havasını yaxşı dəyişmək lazımdır. Xlorun hətta kiçik dozası nəfəs yollarını güclü qıcıqlandırır. Bitkilərin orqanizmində xlorun miqdarı təxminən kütləcə 0,1 %-dir. Bu bütün canlı orqanizmlərdə su-duz mübadiləsinin əsas elementlərindən biridir. Bəzi bitkilər (halofitlər – şoranlıqlarda bitən bitkilər) yüksək qatılıqda natrium xloridə malik duzlu torpaqlarda inkişaf etmək qabiliyyəti ilə yanaşı xloridləri də toplamaq qabiliyyətinə malikdirlər. Onlara şoran ot, yulgün və s. aiddir. Xlor ionları bitkilərin enerji mübadiləsində iştirak edir, köklərin oksigen udmasına müsbət təsir edir. Bitkilərdə xlor oksidləşdirici reaksiyalarda və fotosintezdə iştirak edir.

Halofil mikroorqanizmlər natrium xloridin qatılığı 32 %-ə qədər olan mühitdə — duzlu su hövzələrində və şoran torpaqlarda yaşayırlar. Bunlar Paracoccus, Pseudomonas, Vibrion və bəzi başqa bakteriya növləridir. Natrium xloridin yüksək qatılığı sitoplazmatik membranın struktur tamlığını və onunla əlaqəli fermentativ sistemin fəaliyyətini təmin etmək üçün lazımdır.

Heyvan orqanizmində xlor təxminən 0,08-dən 0,2 %-ə (kütlə ilə) qədər olur. Mənfi yüklənmiş xlor ionları heyvan orqanizmində üstünlük təşkil edir və su-duz mübadiləsində olduqca böyük rol oynayır. Yüksək duzluluq şəraitində, suda duzların miqdarı 30 %-dən az olmadıqda halofitlər inkişaf edir.

İnsanın əzələ toxumasında 0,20–0,52 %, sümük toxumasında 0,09 %, qanda 2,89 q/l xlor var. Yaşlı adamın orqanizmində 95 qram xlor var. Hər gün insan qida ilə 3–6 qram xlor qəbul edir. O, orqanizmə natrium xlorid şəklində daxil olur. O, maddələri mübadiləsini, tüklərin inkişafını stimullaşdırır, gümrahlıq və güc verir. Xlor orqanizmin toxumalarında fiziki-kimyəvi prosesləri müəyyənləşdirir. O, toxumalarda turşu-qələvi tarazlığını tənzimləmədə iştirak edir (osmotənzimləmə). Xlor qanın, limfaların və bədənin digər mayelərinin əsas osmotik aktiv maddəsidir.

Mədə şirəsinin tərkibinə daxil olan xlorid turşusu pepsin fermentinin aktivliyini təmin edərək və bakterisid təsiri göstərərək qida həzmində xüsusi rol oynayır.

Havada 0,0001 % -ə qədər xlorun olması selikli qişaya qıcıqlandırıcı təsir göstərir. Daima belə atmosferdə olmaq bronxların xəstələnməsinə səbəb olur, iştahı azaldır, dəri yaşılımtıl çalarlar əldə edir. Mövcud sanitar normalara görə otaq havasında xlorun miqdarı 0,001 mq/l –dən çox olmamalıdır, yəni 0,00003 %. Havada 0,1 % xlorun olması kəskin zəhərlənməyə səbəb olur ki, onun da birinci əlaməti olduqca kəskin öskürək tutmalarıdır. Xlor ilə zəhərlənmə zamanı tam sakitlik lazımdır, oksigen və ya ammonyak (naşatır spirti) ilə nəfəs almaq faydalıdır. Bu halda spirtin efir ilə buxarları da faydalıdır.

Xlorun bədənə daxil olmasının əsas mənbəyi xörək duzudur (natrium xlorid), duzlu məhsulların hamısıdır. Gün ərzində insan 20 qrama qədər xörək duzu istifadə etməlidir.

Daha çox məlum olan və insanlar tərəfindən geniş istifadə olunan xlorlu birləşmələr aşağıdakılardır:

NaCl – natrium xlorid, xörək duzu;

HCl – hidrogen xlorid turşusu, xlorid turşusu;

HgCl2 – civə (II) xlorid, sulema.

Xloru ilk dəfə isveç kimyaçısı K. Şeyele xlorid turşusunun pirolizit (MnO2·H2O) ilə qarşılıqlı təsirindən almışdır.

Xlor adı yunan sözü olan kloros sözündən götürülüb və mənası solmaqda olan yarpaqların sarı-yaşıl rəngi deməkdir və bu, qaz halında xlorun rənginə uyğundur.

Xörək duzu insanlara çox-çox qədimlərədn məlumdur. Xlorid turşusu və onun nitrat turşusu ilə qarışığı – çar arağı əlkimyaçılara məlum idi.

İnsan bədənində xlor atomlarının sayı 1,8·1024 və bir insan hüceyrəsində 1,8·1010 atom var.

Zəhərli xlor qazı az miqdarda olduqda zəhər əleyhinə də istifadə olunur. Belə ki, hidrogen sulfid ilə zəhərlənmiş adama xlorlu əhəng nastoykası qoxladırlar. İki zəhər qarşılıqlı təsirdə olaraq qarşılıqlı neytrallaşırlar.

İçməli suyu xlorlaşdırdıqda xəstəlik törədici bakteriyalar məhv olur.

HgCl2 olduqca güclü zəhərdir. Onun olduqca duru məhlulu (1:1000) tibbdə dezinfeksiyaedici vasitə kimi istifadə olunur. Xlor Yerin ozon qatının dağılmasında əsas M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.</ref>


Previous Page Next Page






Chloor AF ክሎሪን AM Cloro AN क्लोरीन ANP كلور Arabic كلور ARY كلور ARZ Cloru AST کولور AZB Хлор BA

Responsive image

Responsive image