Yahve[3] (ivr. יַהְוֶה/𐤉𐤄𐤅𐤄, jahˈwe; mənası – "rəbb")[4] — iudaizm və xristianlıqda tanrının çoxsaylı adlarından biri, Cənubi İsrail və Yəhudi çarlıqlarında milli tanrı.[5] Onun dəqiq mənşəyi mübahisəli bir mövzudur, lakin onun mənşəyi erkən dəmir dövrünə, hətta tunc dövrünə qədər gedib çatır.[6][7] Onun adı Kənan xalqının dininin baş tanrısı olan Elin adından törəmiş ola bilər,[8] ancaq Yahvenin adının ən erkən münasib sadalanması Qədim Misir mətnlərindədir. Bu mətnlərdə Transiordaniyanın cənubunda yaşayan Şasu köçəri tayfasıdır.[9]
Ən qədim dini ədəbiyyat nümunələrində Yahve tipik bir Yaxın Şərq "döyüşçü tanrısı"dır, hansı ki, müqəddəs ordusunu İsrailin düşmənlərinə qarşı yürüdür.[10] O, daha sonra İsrail və Yəhudi çarlıqlarının əsas tanrısına çevrilir.[11] Vaxt keçdikcə saray və Yərusəlim məbədi Yahveni bütün kainatın hər bir ilah və ilahənin hər bir müsbət keyfiyyətini daşıyan tanrısı elan edir.[12][13] Babiloniya sürgününün (e.ə. VI əsr) sonunda özgə tanrıların varlığı inkar edilir və Yahve bütün kainatın qurucusu, bütün dünyanın yeganə tanrısı hesab edilir.[13]