Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Yormunqandr

"Lokinin övladları" (1920) — Uilli Poqani
"Tor Yormunqandr ilə döyüşür" (1788) — Henri Fuseli

Yormunqandr ("nəhəng bədheybət" deməkdir) qədim Skandinaviya mifologiyasında nəhəng ilan. Həmçinin "Iormungand" və ya "Jormund" kimi də yazılır və bəzən Midqard ilanı yaxud dünya ilanı da adlandırılır. Yormundqandr dəniz ilanıdır. O, tanrı Lokiilahə Anqrbodanın ortancıl övladıdır. Əfsanəyə görə tanrı Odin qaçılmaz taleyi qabaqlamağa cəhd edərək Lokinin Anqrbodadan olan 3 övladını – qurd Fenrir, Hel və Yormunqandrı əsr götürür və Yormunqandrı Midqardı çevrələyən böyük okeana atır. İlan o qədər böyüyür ki, dünyanı çevrələyir və öz quyruğunu yeyir. Bunun nəticəsi olaraq, onu dünya ilanı yaxud Midqard (qədim Skandinaviya mifologiyasında 9 dünyadan biri, insanların dünyası) ilanı da adlandırırlar. Bu baxımdan Yormunqandr Oroborosu xatırladır. Yormunqandr bəzən 3 başlı təsvir edilir.


Previous Page Next Page






Midgardschlange ALS يورمونغاند Arabic جورمونجاندر ARZ Jörmungandr AST Midgardschlang BAR Ёрмунганд BE Йормунганд Bulgarian Iormungand Catalan Jörmungandr Czech Midgårdsormen Danish

Responsive image

Responsive image