Yuqoslaviya

Unitar dövlət (1918—1941)
Federativ dövlət (1945—2003)
Yuqoslaviya
serbxorv. kir. / maked. Југославија
serbxorv. lat. / sloven. Jugoslavija


Gerb
Bayraq Gerb

Paytaxt Belqrad
Dilləri Serb-xorvat dili
Rəsmi dilləri
Valyuta yuqoslav dinarı
Ərazisi
  • 255.804 km²
Əhalisi
  • 23.271.000 nəf. (1991)
İdarəetmə forması monarxiya (1945-ci ilə qədər)
respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuqoslaviya — 1918-ci ildən 2003-cü ilə qədər Balkan yarımadasında mövcud olan və Adriatik dənizinə çıxışı olan Avropa dövləti.

Böyük Yuqoslaviya — 1947-ci ilə qədər unitar dövlət (Yuqoslaviya krallığı), 1947-ci ildən federativ dövlət (YSFR) kimi tərkibinə 6 respublika daxil idi: Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, MonteneqroBosniya və Herseqovina. Hazırda bu dövlətlərin hamısı müstəqildir. Kiçik Yuqoslaviya — (Yuqoslaviya İttifaq Respublikası) — indiki müstəqil MonteneqroSerbiya dövlətləri daxil idi.

Cənubi slavyan etnoslarının dövlət-siyasi birliyi ideyası XVII əsrdə SloveniyaXorvatiya ərazisində yaranıb. Yuqoslaviya XX əsrin əvvəllərində Birinci Dünya müharibəsindənAvstriya-Macarıstan imperiyasının dağılmasından sonra (Serblər, Xorvatlar və Slovenlar Krallığı kimi) formalaşmışdır. XX əsrin sonu — XXI əsrin əvvəllərində ölkə bir neçə dövlətə parçalandı.

Serb və xorvat dilçiləri arasındakı əməkdaşlıq nəticəsində rəsmi dil serb-xorvat dili olmuşdur. İkinci Dünya müharibəsindən sonra müttəfiq respublikaların dilləri bərabərhüquqlu dövlət dilləri elan edildi. Əsas əhali — cənub slavyanlardır: bosniyalılar, serblər, xorvatlar, sloveniyalılar, makedoniyalılar, çernoqoriyalılar, eləcə də qeyri — slavyan xalqları-albanlarmacarlardır. Kiçik icmalar türklərə, ruslara, slovaklara, romalılara, bolqarlara, italyanlara, çexlərə, qaraçılara təqdim edildi.


Yuqoslaviya

Dodaje.pl - Ogłoszenia lokalne