Ziko | |
---|---|
port. Zico | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 mart 1953[1] (71 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 172 sm |
Çəkisi | 68 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Ziko adıyla tanınan Artur Antunes Koimbra (3 mart 1953[1], Rio-de-Janeyro) — Braziliyalı keçmiş futbolçu. Peledən sonra Braziliyanın yetişdirdiyi ən yaxşı oyunçu sayılır. Futbol tarixinin ən gözəl yarımmüdafiəçilərindən biri olan Ziko, 80-cı illərin ən yaxşı oyunçusu hesab olunur.
1978, 1982 və 1986-cı illərdə keçirilən futbol üzrə dünya çempionatlarının final oyunlarında Braziliya yığma komandasının heyətində çıxış edib. 88 dəfə Braziliya forması geyən Ziko 66 qola imza atıb, 1983-cü ildə "İlin futbolçusu" seçilib. 1982-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya komandasının heyətində bombardir olub.
Məşqçilik karyerasına əvvəllər oynadığı Kashima Antlers komandasında texniki menecer və koordinator (1995, 1996-2002) olaraq başlayan Ziko 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığma komandasına məşqçilik edib. 2006-cı ildə Braziliya yığmasının təşkilat komitəsinin rəhbəri (2000), 2002–2006-cı illərdə isə Yaponiya yığmasının məşqçisi olub.
Futbol oynadığı dövrdə "Ağ Pele" ləqəbi alan Ziko, 2006-cı il iyul ayının 4-də Türkiyə klubu Fənərbaxçanın məşqçisi postuna gətirilib.