Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Alabama

Alabama
ing. Alabama
Ştat
Alabama bayrağı Alabama gerbi
Bayraq Gerb
Təxəllüsü:
Sarı ağacdələn ştatı (ing. The Yellowhammer State), Diksinin qəlbi (ing. The Heart of Dixie), Pambıq ştatı (ing. The Cotton State)
Şüarı: Hüquqlarımızı müdafiə etməyə cəsarət edirik (lat. Audemus jura nostra defendere)
Himni: Alabama
ABŞ xəritəsində Alabama
ABŞ xəritəsində Alabama
Rəsmi dilİngilis dili
Danışılan dillər2010-cu ildə[1]
DemonimAlabamalı (ing. Alabamian[2], Alabaman[3])
PaytaxtıMontqomeri
Ən iri şəhəriHantsvill
Ən iri metropoliteniBöyük Birminqem
Ərazisi30-cu (ABŞ üzrə)
 • Ümumi52.419 mil²
(135.765 km2)
 • Eni190 mil (305 km)
 • Uzunluğu330 mil (531 km)
 • % su3,20
 • En dairəsi30° 11′ Ş - 35° Ş
 • Uzunluq dairəsi84° 53′ Q - 88° 28′ Q
Əhalisi24-cü (ABŞ üzrə)
 • Ümumi5.039.877 (2021)[4]
 • Sıxlıq99,1 (2020)/mil²  (38,4 (2020)/km2)
27-ci (ABŞ üzrə)
 • Təsərrüfatın Orta Gəliri52.000$[5] (46-cı[6])
Yüksəklik
 • Maksimal yüksəklikÇiha dağı[7][8][a]
2.413 ft (735,5 m)
 • Orta yüksəklik500 ft  (150 m)
 • Minimal yüksəklikMeksika körfəzi[8]
Dəniz səviyyəsi
Ştatlıqdan ƏvvəlAlabama Ərazisi
İttifaqa qəbul14 dekabr 1819 (22-ci)
QubernatorKey Ayvi (R)
Leytenant-qubernatorUill Eynsuort (R)
Qanunverici hakimiyyətAlabama Qanunverici Hakimiyyəti
 • Yuxarı PalataSenat
 • Aşağı PalataNümayəndələr Palatası
ABŞ SenatorlarıTommi Tabervill (R)
Keti Britt (R)
ABŞ Palata nümayəndələri6 Respublikaçı
1 Demokrat (siyahı)
Saat qurşağı
 • Ştatın əsas hissəsiMərkəzi UTC -6/-5
 • FiniksŞərq UTC -5/-4
ISO 3166US-AL
AbbreviaturaAL, Ala
Rəsmi saytıalabama.gov
Xəritə
Alabamanın sərhədlərini göstərən interaktiv xəritə

Alabama (ing. Alabama /ˌæləˈbæmə/) — ABŞ-nin cənub-şərq bölgəsində yerləşən ştat. Şimalda Tennessi, şərqdə Corciya, cənubda FloridaMeksika körfəzi, qərbdə Missisipi ilə həmsərhəddir. Alabama ərazisinə görə ən böyük 30-cu,[9] əhalisinə görə 24-cü ABŞ ştatıdır.[10]

Alabama ştat quşunun şərəfinə Sarı ağacdələn ştatı ləqəbini almışdı. Alabama həmçinin "Diksinin qəlbi" və "Pambıq ştatı" adı ilə də tanınır. Ştat ağacı uzunyarpaq şamştat çiçəyi kameliyadır. Alabamanın paytaxtı Montqomeridir və əhalisinə və ərazisinə görə ən böyük şəhəri Hantsvilldir.[11] Ən qədim şəhəri 1702-ci ildə fransız kolonistləri (Alabama kreolları) tərəfindən Fransız Luizianasının paytaxatı olaraq əsası qoyulmuş Mobildir.[12][13] Böyük Birminqem Alabamanın ən böyük metropoliten ərazisi və onun iqtisadi mərkəzidir.[14]

Əvvəlcə bir çox yerli qəbilələrin yaşadığı indiki Alabama fransızlar XVIII əsrin əvvəllərində onu əldə edənə qədər XVI əsrdən başlayaraq İspan ərazisi idi. 1763-cü ildə İngilislər ABŞ İstiqlal müharibəsində onu itirənə qədər ərazini ələ keçirdilər. İspaniya Mobili 1813-cü ilə qədər İspan Qərbi Floridasının bir hissəsi olaraq saxladı. 1819-cu ilin dekabrında Alabama ştat kimi tanındı. Antebellum dövründə Alabama əsas pambıq istehsalçısı idi və afroamerikalı qul əməyindən geniş istifadə edilirdi. 1861-ci ildə ştat ABŞ-dən ayrılaraq ilk paytaxtı Montqomeri olan Amerika Konfederativ Ştatlarının bir hissəsi oldu və 1868-ci ildə yenidən İttifaqa qoşuldu. ABŞ Vətəndaş müharibəsindən sonra, kənd təsərrüfatı və bəzi əmtəə bitkiləri ştat iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olduğu üçün Alabama onilliklər boyunca iqtisadi çətinliklərlə üzləşəcəkdi. Digər keçmiş kölə ştatları kimi Alabama qanunvericiləri XIX əsrin sonundan 1960-cı illərə qədər Cim Krou qanunlarını tətbiq etdilər. Selmadan Montqomeriyə yürüş kimi yüksək səviyyəli tədbirlər 1950-ci və 1960-cı illərdə ştatı vətəndaş hüquqları hərəkatının əsas mərkəzinə çevirdi.

İkinci Dünya müharibəsi dövründə və bundan sonra ştat iqtisadiyyatı yeni sənaye sahələri ilə şaxələndirildikcə Albama inkişaf etdi. NASA-nın Hantsvilldəki Marşal Kosmik Uçuş Mərkəzi aerokosmika sənayesini inkişaf etdirməklə XX əsrin ortalarından sonlarına qədər Alabama ştatının iqtisadi inkişafına kömək etdi. XXI əsrdə Alabama iqtisadiyyatı avtomobil, maliyyə, turizm, istehsal, aerokosmik, mineral hasilatı, səhiyyə, təhsil, pərakəndə satış və texnologiyaya əsaslanır.[15]

Ştatın coğrafiyası müxtəlifdir, şimalda dağlıq Tennessi vadisi və cənubda tarixən əhəmiyyətli bir liman olan Mobil körfəzi üstünlük təşkil edir. Siyasi baxımdan, Dərin Cənubun bir hissəsi olaraq, Alabama əsasən mühafizəkar bir ştatdır və Cənub mədəniyyəti ilə tanınır. Alabama daxilində Amerika futbolu, xüsusən kollec səviyyəsində ştat mədəniyyətinin əsas hissəsidir.

  1. Stephens, Challen. "A look at the languages spoken in Alabama and the drop in the Spanish speaking population". AL.com. 19 oktyabr 2015. 9 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  2. "State of Alabama". The Battle of Gettysburg. 13 iyul 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2014.
  3. "Oxford English Dictionary". www-oed-com. Oxford University Press. İstifadə tarixi: 30 sentyabr 2020.
  4. Bureau, US Census. "2020 Census Apportionment Results" (PDF). The United States Census Bureau. April 26, 2021. 26 aprel 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 aprel 2021.
  5. "US Census Bureau QuickFacts". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2022.
  6. "Median Household Income by State 2022". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  7. "Cheehahaw". NGS data sheet. U.S. National Geodetic Survey. İstifadə tarixi: 20 oktyabr 2011.
  8. 1 2 "Elevations and Distances in the United States". United States Geological Survey. 2001. 15 oktyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2011.
  9. "Ranking of U.S. States by Area". 2022-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  10. "US States - Ranked by Population 2022". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
  11. "Huntsville rockets past Birmingham in Census, now Alabama's largest city". al (ingilis). 12 avqust 2021. 12 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021.
  12. Thomason, Michael. Mobile: The New History of Alabama's First City. Tuscaloosa: University of Alabama Press. 2001. 2–21. ISBN 978-0-8173-1065-3.
  13. Melton McLaurin, Michael Thomason. Mobile the life and times of a great Southern city (1st). United States of America: Windsor Publications. 1981. 12, 15, 16, 17, 18, 19, 20, 21, 24, 33, 34, 35, 36, 37, 38, 39, 41. 42, 43, 44, 45, 46, 49, 50, 51, 52, 53, 54, 55, 88, 92, 105, 119, 120, 123.
  14. "Alabama's largest county looks to continue economic development momentum". 31 avqust 2018. 21 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2020.
  15. "Alabama Occupational Projections 2008–2018" (PDF). Alabama Department of Industrial Relations. State of Alabama. 17 yanvar 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2012.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


Previous Page Next Page






Alabama AF Alabama ALS አላባማ AM Alabama AN Alabama ANG ألاباما Arabic ܐܠܒܐܡܐ ARC ألاباما ARY الاباما ARZ Alabama AST

Responsive image

Responsive image