Alatoran. Saqa. Yeni Ay | |
---|---|
ing. The Twilight Saga: New Moon | |
![]() | |
Janr |
triller melodram fentezi |
Rejissor | Kris Veytz |
Prodüserlər |
Vik Qodfrey Karen Rozenfelt |
Əsərin müəllifi | Stefani Mayerin "Yeni Ay" əsəri |
Ssenari müəllifi | Melissa Rozenberq |
Baş rollarda |
Robert Pattinson Kristen Stüart Teylor Lotner |
Operator | Xavyer Aqirresarobe |
Bəstəkar | Aleksandr Desplat |
İstehsalçılar |
İstehsal edən: Temple Hill Entertainment Imprint Entertainment Sunswept Entertainment Distribütor:Summit Entertainment |
Distribütor | Fórum Hungary[d][2], Netflix, Disney+, Summit Entertainment |
İlk baxış tarixi |
16 Noyabr, 2009 (Los Anceles premyerası) 20 Noyabr, 2009 (ABŞ) |
Filmin digər adları |
Toranlıq əfsanəsi. Saqa. Təzə ay Alatoran. Saqa. Təzə Ay |
Müddət | 130 dəq.[1] |
Büdcə | $50 milyon[1] |
Gəlir | $709.7 milyon[1] |
Ölkə |
![]() |
Dil | ingilis dili |
İl | 2009 |
Əvvəlki film | Alatoran |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Vankuver, Kokuitlam[d] |
IMDb | ID1259571 |
Alatoran. Saqa. Yeni Ay (ing. The Twilight Saga: New Moon) — həmçinin "Yeni Ay" kimi tanınan, 2009-cu ildə, yazıçı Stefani Mayerin 2006-cı ildə nəşr olunmuş “Yeni Ay” romanı əsasında çəkilmiş romantik fentezi filmidir. Alatoran filmlər seriyasının ikinci filmi olan “Yeni Ay” 2008-ci ildə çəkilmiş “Alatoran” filminin davamıdır. Alatoran filminin qazandığı böyük uğurdan sonra, 2008-ci ilin noyabrında “Summit Entertainment” “Yeni Ay” filmi üçün yaşıl işıq yandırmışdı.[3] Kris Veytz tərəfindən çəkilmiş filmdə Edvard Kallen, Bella Svon və Ceykob Blek obrazlarını müvafiq olaraq Robert Pattinson, Kristen Stüart və Teylor Lotner canlandırmışdır.[4]“Alatoran” filmində olduğu kimi, “Yeni Ay” filmində də ssenarinin yazılması işini Melissa Rozenberq öz öhdəsinə götürmüşdür.[5]
Çəkilişlər 2009-cu ilin martında Vankuverdə başlamış[6][7][8], may ayında isə İtaliyanın Montepulçiano şəhərində davam etdirilmişdir.[9][10] Film, 20 noyabr 2009-cu ildə dünyanın bir çox ölkələrində vizyona girmiş, ilk həftəsində 26.3 milyon $ toplayaraq daxili baxış miqdarına görə rekord qırmış və onun rekordu yalnız, Alatoran filmlər seriyasından olan növbəti film, Alatoran. Saqa. Tutulma tərəfindən təzələnmişdir.[11] "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filminin 91.1 milyon $ toplamasına kimi, ev baxışında ilk gündə “Yeni Ay” filmi 72.7 milyonla $ ABŞ film industriyası tarixində rekord nəticəni əldə etmişdi.[12] 142,839,137 $ gəlirlə “Yeni Ay” 2002-ci ildən sonra ilk həftəsində ən çox gəlir gətirən film olmuşdur.[11] “Yeni Ay” filmi həm də “Summit Entertainment” tərəfindən istehsal olunmuş ən çox gəlir gətirmiş film, 4,100 kinoteatr sayı ilə ən çox kinoteatrda nümayiş olunmuş müstəqil film olmuşdur və filmin bu rekordu da “Tutulma” filmi tərəfindən qırılmışdır.[13]
20 mart 2010-cu ildə “Yeni Ay” DVD və Blu-ray disklərdə satışa çıxarılmışdır.[14] 2012-ci ilin iyuluna kimi film təkcə Şimali Amerikada 8,835,501 nüsxədən çox satılmış və disk satışından 184,916,451 dollar gəlir gətirmişdir.[15] Satılmış disklərdən 4 milyon nüsxəsi yalnızca məhsulun satışa çıxarılmasının ilk həftəsində sahibini tapmış və beləliklə də, ilk iki gündə 3.8 milyon nüsxə ilə satılmış “Alatoran” filminin rekordu qırılmışdır.[16] Film, fanatlar tərəfindən çox yaxşı qəbul edilsə də[17], tənqidçilər tərəfindən müsbət qarşılanmamışdır.[18][19]
<ref>
teqi; FilmingStarts
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Vancouver
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Shooting
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Montepulciano1
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Montepulciano2
adlı istinad üçün mətn göstərilməyib