Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Alatoran (roman)

Alatoran
Twilight
Müəllif Stefani Mayer
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 5 oktyabr 2005
Seriya Alatoran
Nəşriyyat Little, Brown and Company
Səhifə 498[1] (bərk cild)
544[2] (yumşaq cild)
Əvvəlki yoxdur
Sonrakı Yeni Ay
ISBN ISBN 0-316-16017-2

Alatoran (ing. Twilight) — Stefani Mayer tərəfindən yazılmış vampir-sevgi romanıdır.[3][4] Alatoran romanlar seriyasının birinci kitabı olan əsərdə Feniks, Arizonadan Forks, Vaşinqtona köçən on yeddi yaşlı İzabella “Bella” Svonun vampir Edvard Kallenə aşiq olmasından sonrakı həyatı təsvir olunur. “Alatoran” romanındakı hadisələr “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında davam etdirilir.

2005-ci ildə ilk dəfə sərt üz qabığında nəşr edildikdən sonra, satışa çıxarılmasının bir ayında, roman New York Times Best Seller siyahısında beşinci yerdə qərarlaşır[5], qısa müddət sonra isə birinci yerə kimi yüksəlir.[6] Həmin il, “Alatoran” “Publishers Weekly” tərəfindən 2005-ci ilin Ən Yaxşı Uşaq Kitabı adlandırılır.[7] Roman həmçinin 2008-ci ilin ən çox satılan kitabı[8], 2009-cu ilin ikinci ən çox satılan kitabı olmaqla, yalnızca davamı olan “Yeni ay” romanından geri qalır.[9] Roman 37 dilə tərcümə edilib.[10]

İlk nəşr edildiyi dövrdə roman tənqidçilər tərəfindən əsasən müsbət qarşılanır. Tənqidçilər romanı tez-tez “insanın ruhunun daxilinə sızan qaranlıq romantika” kimi təsvir edirlər və "yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını yaxşı əks etdirməsi”ni qeyd edirlər. Digər tərəfdən, tənqidçilər qeyd edirlər ki, Bellanın Edvardla tanış olması səhnəsi “obrazın özündən daha magik” təsvir edilib və Bella zəif qadın obrazıdır.

Alatoran romanının film adaptasiyası 2008-ci ildə təqdim edilib. Film böyük kommersiya uğuru əldə edərək, bütün dünyada $392 milyondan çox gəlir əldə edib[11], əlavə olaraq, Şimali Amerikada DVD satışlarından 2009-cu ilin iyuluna kimi $157 milyon gəlir əldə edib.[12]

  1. "Twilight (Hardcover)". Amazon.ca. 2021-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.
  2. "Twilight (Paperback)". Amazon.ca. 2008-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.
  3. Gregory Kirschling. "Stephenie Meyer's 'Twilight' Zone". Entertainment Weekly. 2007-08-02. 2009-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-12.
  4. Mike Russell. "'Twilight' taps teen-vampire romance". Los Angeles Times. 2008-05-11. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-12.
  5. "Her Literary Career - Stephenie Meyer". Time.com. 2010-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.
  6. "Children's Books - New York Times". New York Times. 2007-06-17. 2012-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-23.
  7. Jennifer M. Brown and Diane Roback. "Best Children's Books of 2005". Publishers Weekly. 2005-11-03. 2008-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-01.
  8. "The top 100 titles of 2008". USA Today. 2009-01-14. 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-15.
  9. "Best-Selling Books: The top 100 of 2009". USA Today. January 6, 2010. August 7, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2011.
  10. Kenneth Turan. "Movie Review: 'Twilight'". LA Times. 2002-11-21. 2008-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-21.
  11. "Twilight (2008)". Box Office Mojo. 2008-11-21. 2016-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-23.
  12. "Twilight - DVD Sales". The Numbers. 2009-03-22. 2009-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-23.

Previous Page Next Page