Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Araqonlu Yekaterina

Araqonlu Yekaterina
isp. Catalina de Aragón
araq. Catarina d'Aragón
Şəxsi məlumatlar
Doğum adı Catalina de Aragon y Castilla
Doğum tarixi 16 dekabr 1485(1485-12-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 yanvar 1536[1][2][…] (50 yaşında)
Vəfat yeri
Atası II Ferdinand[3]
Anası Kastilyalı İzabella[3]
Həyat yoldaşları
Uşaqları

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[1][2][…], Alkala-de-Enares[d]7 yanvar 1536[1][2][…], Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi.

Araqon kralı II FerdinandKastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu.[4] Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.[5]

Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nikahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı. Papa VII Klement isə bu nikahı pozmaqdan imtina etdi. Bunun ardından dini məsələlər üzrə aliliyini elan edərək papanı tanımaqdan imtina etdi. 1533-cü ildə onların nikahı ləğv edildi və Kral VIII Henri papaya müraciət etmədən İngiltərə zadəganlarının qərarı ilə Anna Boleynlə evləndi. Ancaq Araqonlu Ketrin Kral VIII Henrini kilsə rəhbəri olaraq tanımadı və özünü İngiltərə kralının qanuni xanımı və İngiltərə kraliçası olaraq elan etdi. Bütün bunlara baxmayaraq VIII Henri kraliça ünvanını ondan aldı və Araqonlu Ketrin yalnızca Uels şahzadəsi olaraq anıldı. Məhkəmə qərarı ilə sürgün edilən Araqonlu Ketrin ömrünün geri qalanını Kimbolton Qəsrində keçirdi və 7 yanvar 1536 tarixində vəfat etdi.

  1. 1 2 3 4 Catherine of Aragon // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Lundy D. R. Catarina de Aragón, Infanta de Aragón // The Peerage (ing.).
  3. 1 2 3 4 5 6 Kindred Britain.
  4. Weir 1991, p. 59.
  5. [[[:en:Catherine of Aragon#CITEREFCatherine of Aragon, Queen of England]] "Arxivlənmiş surət"] (#bad_url). 2022-09-08 tarixində of Aragon#CITEREFCatherine of Aragon, Queen of England%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 2016-09-13.

Previous Page Next Page