Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Bloq

Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır.

Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.

Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylaşılmasında da rol oynayır. Bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz hobbi və fikirlərini çox vaxt bloqlar vasitəsiylə həyata keçiriblər. Və daha sonradan isə bloq sistemi yayılaraq hər bir insana öz sözünü deməyə şərait yaratdı. Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir.

Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni bloglarda hər sahə üzrə yazılar və məlumat, materiallara rast gəlmək olar. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır.

1990-cı illərin sonlarında bloqların yaranması və böyüməsi HTML və ya kompüter proqramlaşdırması kimi texnologiyaların meydana çıxması ilə üst-üstə düşdü. Əvvəllər məzmunu İnternetdə dərc etmək üçün HTML və Fayl Transfer Protokolu kimi texnologiyalar haqqında bilik tələb olunurdu və buna görə də erkən Veb istifadəçiləri hakerlər və kompüter həvəskarları olurdular.

"Advertising Age" jurnalının verdiyi məlumata görə, 2000-ci illərin axırı və 2010-cu illərin əvvəllərində ABŞ-də internet bloqlarının aktiv oxucu sayı Amerikanın bütün əhalisinin ¼-ni təşkil edərək 35 milyonu ötüb. Bloqlarda olan məlumatların oxunmasına onların hər biri həftədə 3.5 saat vaxt sərf edib ki, bu da ümumi iş vaxtının təxminən 9%-ni təşkil edib.

Çində xüsusi qanun ilə “anonim” bloqların yaradılması qadağan olunub. Bu qanuna görə, bloq sahibləri özlərinə ləqəb seçə bilərlər, ancaq bağlı olduqları serverlərin müdiriyyətinə əsl adlarını bildirməlidirlər.[1]

Bir çox bloqlar fəlsəfə, din və incəsənətdən tutmuş elm, siyasət və idmana qədər müəyyən mövzu və ya mövzuya dair yazılar təqdim edir. Digərləri daha çox şəxsi onlayn gündəliklər və ya müəyyən bir fərdin və ya şirkətin onlayn brend reklamı kimi fəaliyyət göstərir. Tipik bir bloq mətni, rəqəmsal şəkilləri və mövzu ilə əlaqəli digər bloqlara, veb səhifələrə və digər mediaya keçidləri birləşdirir. Əksər bloqlar ilk növbədə mətnlidir, bəziləri incəsənətə (sənət bloqları), fotoşəkillərə (fotobloqlar), videolara (video bloqlar və ya "vloqlar"), musiqiyə (MP3 bloqlar) və audioya (podkastlar) diqqət yetirir. Mikrobloq, çox qısa yazıları özündə əks etdirən başqa bir bloq növüdür.

  1. "İnternet-günlüklərə nəzarət olunacaq". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-30.

Previous Page Next Page






Webjoernaal AF Blog AN مدونة Arabic ব্লগ AS Blogue AST Блог BA Blog BAR Блог BE Блог BE-X-OLD Блог Bulgarian

Responsive image

Responsive image